26 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ƏDV məqsədləri üçün qeydiyyat

Sahibkarlar arasında müəyyən suallar doğuran və bəzən də problem yaradan məsələlərdən biri də əlavə dəyər vergisi (ƏDV) məqsədləri üçün qeydiyyat prosedurları ilə bağlıdır. Mövzunu maliyyə mütəxəssisi Vüqar Mirheydərov şərh edir.

Vergi Məcəlləsinin 157-ci maddəsi ƏDV məqsədləri üçün qeydiyyatın məcburi və könüllü olmaqla iki variantını nəzərdə tutur.

Məcburi qeydiyyat aşağıdakı tarixlərdən hansının əvvəl başlanmasından asılı olaraq onlardan birində qüvvəyə minir:

- Ardıcıl 12 aylıq dövrün istənilən ayı ərzində vergi tutulan əməliyyatların məbləğini keçdikdə 200.000 manat - növbəti ayın ilk günündən;

- bir əməliyyat və ya saziş üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatı keçərsə - əməliyyat tarixinə qədər.

Könüllü qeydiyyat zamanı isə ƏDV məqsədləri üçün qeydiyyat ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günü baş verir.

Fərz edək ki, "Dilavər" MMS şirkəti sadələşdirilmiş vergi ödəyicisidir. 2020-ci ilin martından 2021-ci ilin fevralına qədər şirkətin vergiyə cəlb olunan əməliyyatlardan gəliri:

mart 2020 - 15.000 manat;
aprel 2020 - 15.000 manat;
may 2020 - 15.000 manat;
iyun 2020 - 15.000 manat;
iyul 2020 - 15.000 manat;
avqust 2020 - 15.000 manat;
sentyabr 2020 - 15.000 manat;
oktyabr 2020 - 15.000 manat;
noyabr 2020 - 15.000 manat;
dekabr 2020 - 15.000 manat;
yanvar 2021 - 15.000 manat;
fevral 2021 - 36.000 manat olub.

“Dilavər” MMS-nin gəlir və xərcləri mütəmadi olaraq aparan mühasib 2021-ci ilin fevralında şirkətin 12 aylıq dövriyyəsinin 201.000 manat olduğunu görəcək və vergi orqanlarına 1 mart 2021-ci ildən etibarən ƏDV məqsədləri üçün ərizə ilə müraciət edəcəkdir. Əlavə olaraq şirkət rəhbərliyinə 1 mart 2021-ci ildən etibarən şirkətin bütün gəlirlərindən (ƏDV-dən azad olan və ya 0 faizlə ƏDV-yə cəlb edilən gəlirləri istisna olmaqla) 18 faiz əlavə dəyər vergisi ödəyəcəklərini bildirəcəkdir. Şirkət rəhbərliyi məsləhətləşib məhsullarına qiymət artırmağa və ya bütün ƏDV xərclərini öz üzərinə götürməyə qərar verəcəkdir.

Hesabatlar rübdə bir dəfə göndərildiyi üçün şirkət rəhbərliyi pul ödəməyi üstün tutursa, gəlir və xərclərin uçotunu aparmırsa, yuxarıda qeyd edilənləri yerinə yetirməyəcək. Vergi orqanları 200.000 manatı keçmə faktını yalnız 2021-ci ilin birinci rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi təqdim edildikdən sonra, yəni aprelin sonunda aşkar edib AVİS portalında şirkətin poçt qutusuna 1 mart 2021-ci ildən etibarən ƏDV qeydiyyatına düşdüyünü bəyan edən məktub göndərəcək və bu tarxidən şirkətin bütün gəlirlərindən 18 faiz ƏDV üzrə öhdəlik hesablayacaq. Bu aylar ərzində bağlanmış müqavilələrdə həmin vergi öhdəliyi təqdim edilən malların (işlərin, xidmətlərin) satış qiyməti təyin edilərkən nəzərə alınmadığını düşünsək, “Dilavər” MMC şirkətinin itkiləri on minlərlə manat təşkil edə bilər.

Bir əməliyyat çərçivəsində 200.000 manatlıq limiti aşanda isə şirkətin vəziyyəti daha acınacaqlı ola bilər. Tutaq ki, 2021-ci ilin yanvarında “Dilavər” MMC 250.000 manatlıq mal satışı üçün çox uğurlu bir müqavilə bağlamışdır. Şirkət rəhbərliyi öz marjasını diqqətlə hesablamış, ancaq ƏDV üzrə öhdəliyin yaranması faktını nəzərə almamışdır. Vergi Məcəlləsinin 157-ci maddəsinə əsasən 250.000 manat məbləğindən şirkət 18 faiz ƏDV, yəni 45.000 manat ödəyəcək. Halbuki şirkətin bu əməliyyatdan xalis gəliri heç o qədər deyil.

Bu səbəbdən sadələşdirilmiş vergi bəyannaməsinin sadəliyi ilə kifayətlənməmək, gəlir və xərclərin uçotunu qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparmaq lazımdır. Yalnız bu halda sahibkar üçün ƏDV qeydiyyatı adi bir iş proseduruna çevriləcək.

Fəxriyyə İKRAMQIZI

VergiFiziki şəxs öz istifadəsi üçün ət idxalı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi? VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur?