20 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində vergi tutulması

Qeyri-rezidentin vergi ödəməsi bir sıra hallarda ciddi problemlərlə müşayiət olunur və qanunvericilik bu cür problemlərin mümkün qədər aradan qaldırılmasını nəzərdə tutur. Mövzunu maliyyə mütəxəssisi Vüqar Mirheydərov şərh edir.

Vergi Məcəlləsinin 125-ci maddəsində qeyri-rezidentlərin Azərbaycan mənbəyindən gəlirlərindən ödəmə mənbəyində verginin tutulması qaydaları əks olunub. Bu maddənin məntiqi çox sadədir: qeyri-rezidentin vergi ödəməsi əksər hallarda problematik olduğuna görə qanunla nəzərdə tutulmuş vergi bu gəliri qeyri-rezidentə ödəyən şəxsdən tutulur.

Bəs hansı əməliyyatlar Azərbaycan mənbəyindən gəlir kimi qiymətləndirilə bilər?

Bu sualın cavabı Vergi Məcəlləsinin 13.2.16 maddəsində verilir. Burada qeyd edilir ki, güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər Azərbaycan mənbəyindən əldə edilən gəlir hesab olunur (bax: maddə 13.2.16.14-1). Göründüyü kimi, ödənişin nəyə (mala və ya xidmətlərə) görə edilməsinin fərqi yoxdur: ödənilən məbləğin 10 faizi qədər pul ödəmə mənbəyində tutulan vergi kimi büdcəyə ödənilməlidir. Bu ödənişlər mala görə edildikdə ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 1608.5.1 sətirində, xidmətlərə görə edildikdə isə 1608.5.2 sətirində göstərilir. Xatırlatmaq istəyirəm ki, bəyannamənin təqdim edilməsi üçün müəyyənləşdirilmiş vaxt rüb bitdikdən sonrakı ayın 20-sinə kimidir, verginin ödənilməsi də bu vaxta qədər aparılmalıdır.

“Güzəştli vergi tutulan ölkə” analyışının tərifi Vergi Məcəlləsinin 128.2-ci maddəsində verilir:

Güzəştli vergi tutulan xarici ölkə dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və (və ya) maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə başa düşülür.

Vergi Məcəlləsinin 128.3-cü maddəsində isə həmin ölkələrin siyahısının hər il müvafiq icra orqanı tərəfindən təsdiq edildiyi bildirilir. Hazırda siyahıya 37 ölkə daxildir. Bax: http://www.e-qanun.az/framework/42606

Fəxriyyə İKRAMQIZI

VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz? Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür?