15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bələdiyyə vergilərinin toplanmasında dəyişiklik edilib

Prezident İlham Əliyevin 22 dekabr 2020-ci ildə imzaladığı “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Banklar haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlarda və Mülki Məcəllədə dəyişiklik edilməsi barədə qanuna əsasən, bələdiyyə vergilərinin toplanması qaydalarında dəyişiklik edilib. Bundan sonra həmin vergilər vergi dərəcələrinə uyğun tənzimlənməlidir.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirib ki, bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı həyata keçirilən tədbirlər, o cümlədən qanunvericiliyə edilən dəyişiklik nəticəsində şərti maliyyə vahidinin ləğv edilməsinin başlıca məqsədlərindən biri bələdiyyə daxilolmalarının və həmin gəlirlərin idarə olunmasının effektivliyini artırmaqdır. Bundan başqa, dəyişiklik hesablamanın daha uyğun aparılmasını təmin edəcək:
“Vergi Məcəlləsinin 14-cü fəsli torpaq vergisi ilə bağlıdır. Burada verginin hesablanması və ödənilməsi şərtləri ətraflı şəkildə əks olunub.
Torpaqların vergiyə cəlb olunması, əslində, onlardan istifadə qaydasına görə müəyyənləşdirilir. Buna görə də sənaye, tikinti, nəqliyyat üçün, rabitə və ticarət xidmətlərinin tikintisi, eləcə də kommersiya məqsədləri, yaşayış yerlərinin tikilməsi, həyətyanı sahələr, bağ sahələri üçün istifadə edilməsindən asılı olaraq vergi məbləğləri dəyişir. Nəzərdə tutulan dərəcələr hər 100 kvadratmetr üçün müəyyənləşdirilir. Vergi məbləğləri, həmçinin, torpağın yerləşdiyi şəhər və rayonlara görə fərqləndirilir.
Vergi Məcəlləsinin 206.3-cü maddəsinə əsasən, bu Məcəllənin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur:

Yaşayış məntəqələri

Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar (manatla)

Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar (manatla)

Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar (manatla)

Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar (manatla)

10000 m²- dək olduqda

10000 m²- dən yuxarı olan hissə üçün

10000 m²- dək olduqda

10000 m²-dən yuxarı olan hissə üçün

Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri

10

20

0,6

1,2

Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndləri

8

16

0,5

1,0

Digər şəhərlər və rayon mərkəzləri

4

8

0,3

0,6

Rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər

2

4

0,1

0,2

Bu vəsaitlər toplanaraq bələdiyyə büdcəsini formalaşdırır. Dəyişiklik bələdiyyə gəlirlərinin artması ilə yanaşı, bələdiyyələrin büdcə daxilolmalarının idarə edilməsinin səmərəliliyinin artmasına təkan verəcək. Çünki bələdiyyə büdcələrində vergi daxilolmaları sahəsində yeniliklər edilib. Avtomatlaşdırılmış sistemə keçid sayəsində istənilən ödəmə terminalından bələdiyyə vergilərini ödəmək mümkündür.
Qanundakı dəyişiklik nəticəsində bələdiyyələrə vəsaitin yığılması əvvəlki illərlə müqayisədə büdcənin genişlənməsinə gətirib çıxara bilər”.

Fərqanə ALLAHVERDİQIZI

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?