15 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmək müqaviləsi davamlı məşğulluğun qarantıdır

Əmək müqavilələrinin bağlanması və qeyri-rəsmi məşğulluğun rəsmiləşdirilməsi ilə bağlı islahatlar davam etdirilir. 2019 və 2020-ci illərdə ölkəmizdə 200 minə yaxın yeni əmək müqaviləsi bağlanıb.

Millət vəkili Vüqar Bayramov bildirib ki, gizli iqtisadiyyata qarşı mübarizənin güclənməsi qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində fəaliyyətlərin səmərəliliyini daha da gücləndirib. Son iki ildə 200 minə yaxın yeni əmək müqaviləsininbağlanması qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına xidmət edir.

Əmək müqavilələrinin bağlanması gizli iqtisadiyyatın və qeyri-rəsmi məşğulluğun dairəsinin minimumlaşdırılması baxımından çox vacibdir və bu,iqtisadiyyatın leqallaşmasına şərait yaradır: “Digər tərəfdən, əmək müqaviləsi işçi üçün vacibdir. Çünki işçinin əmək hüquqları bu sənədlə qorunur. Pensiya məbləği işçinin əmək müqaviləsindən və orada əməkhaqqının real göstərilib-göstərilməməsindən birbaşa asılıdır. Əmək müqaviləsinin bağlanması pensiya yaşı tamam olan zaman vətəndaşlara təyin olunan pensiya məbləğlərinə birbaşa təsir göstərəcək və onların daha çox pensiya almasına imkan yaradacaq”.

Millət vəkili işçilərlə əmək müqavilələrinin sahibkarlar üçün xüsusilə karantin tədbirləri zamanı əhəmiyyətini vurğulayıb: “Karantin zamanı rəsmi işləyən sahibkarlar dövlət dəstəyindən faydalana bildilər. İqtisadi paket düzgün işləyən sahibkarlara dəstəyi nəzərdə tutduğuna görə onlar birbaşa və dolayı dəstəkdən yararlanmaq imkanı qazandılar və bu dəstəklər davam etdirilir”.

Fərqanə Allahverdiqızı

VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir?