15 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Səyyar vergi yoxlamaları 3,4 dəfə azalıb

Vergilər Nazirliyi 2018-ci ildə aparılmış auditin nəticələrini açıqlayıb. Məlum olub ki, ötən il ümumilikdə 1.707 səyyar vergi yoxlaması təyin edilib, onlardan 1703-ü başa çatdırılıb. Qeyd edək ki, 2017-ci illə müqayisədə səyyar vergi yoxlamalarının sayı 3,4 dəfə azalıb. Həmin ildə 5.778 belə yoxlama həyata keçirilib.

Yoxlamaların sayının azalması ilə hesablanan əlavə vəsaitlərin məbləği də aşağı düşüb. Auditin keyfiyyətinin artırılması və hərtərəfli aparılması nəticəsində bir yoxlamaya düşən əlavə vəsaitin məbləği isə 2 dəfə artıb. Əgər əvvəl hər yoxlamaya 136,3 min manat düşürdüsə, 2018-ci ildə bu rəqəm 273,5 min manata bərabər olub. Yoxlamalarla hesablanmış əlavə vəsaitin məbləği isə 1,7 dəfə azalıb. Ötən il həmin vəsaitin həcmi 465,7 milyon manat təşkil etmişdi, 2017-ci ildə isə əlavə hesablanmış məbləğ 787,8 milyon manat olmuşdu.

VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi?