12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Səfər Mehdiyev: "İstənilən qərarı verərkən sahibkarların yanında olmalıyıq"

"Vergilər. Şəffaflıq. İnkişaf" mövzusunda keçirilmiş forumda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxış edərək şəffaflığın təmin edilməsi, münbit biznes şəraitinin yaradılması, maliyyə intizamının gücləndirilməsi, vergi uçotunun düzgün təşkil edilməsi istiqamətində görülən işlərdən, Vergilər Nazirliyi ilə birlikdə həyata keçirilən tədbirlərdən bəhs edib.

Bildirilib ki, Prezident İlham Əliyevin bu sahədə qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Vergilər Nazirliyi ilə birlikdə uğurlu layihələr həyata keçirilib, vergi uçotunun qurulması, birgə elektron uçot sisteminin təşkili və iki qurumun sistemlərinin inteqrasiyası istiqamətində mühüm işlər görülüb. Nəticədə ticarət dövriyyəsi artıb və "kölgə iqtisadiyyatı"na ağır zərbə vurulub: "Ölkələri sərhədlər ayırırsa, onların ticarətini vergi və gömrük siyasəti və bu sahədə aparılan xidmət birləşdirir. Təbii ki, uçotun təşkili, idxal-ixrac əməliyyatları da sərhəddən başlayır.

İlk növbədə, uçotun təşkili ilə bağlı ötən il çox ciddi layihələr həyata keçirdik. Sahibkarlarımıza münbit şəraitin yaradılması ilə yanaşı, uçotun qurulmasına və elektron uçot sisteminin onlayn şəkildə Vergilər Nazirliyi və Gömrük Komitəsi arasında inteqrasiyasına nail olduq. Nəticədə ticarət dövriyyəsinin artımına nail olmaqla yanaşı, uçot sisteminin qurulması ilə "kölgə iqtisadiyyatı"na ən böyük zərbəni vurduq. Malların və nəqliyyat vasitələrinin düzgün qiymətləndirilməsi və idarə edilməsi, "kölgə iqtisadiyyatı" ilə bağlı köklü islahatlar nəticəsində 1 milyard manatdan artıq vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olundu. Bunun nəticəsində də bu il Dövlət Gömrük Komitəsi üçün nəzərdə tutulmuş proqnozda keçən ilin əvvəli ilə müqayisədə 1 milyard 270 milyon manatdan çox artım qeydə alındı".

Vergilər Nazirliyi ilə birlikdə vergi uçotunun qurulması, elektron uçot sisteminin təşkili və
iki qurumun sistemlərinin inteqrasiyası istiqamətində mühüm işlər görülüb

S.Mehdiyev əldə olunmuş uğurları gömrük sahəsində şəffaflığın təmin edilməsi, Risklərin İdarə edilməsi Mərkəzinin formalaşdırılması, sahibkarlara münbit şəraitin yaradılması ilə əlaqələndirib. Ötən il dekabrın 21-də "Yaşıl dəhliz" buraxılış sistemi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı fərmanın ölkənin iqtisadi inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində son illər hazırlanmış ən mühüm sənəd olduğunu vurğulayan komitə sədri bu il sistemin ixracda tam, idxalda isə 35-40 faiz tətbiq ediləcəyini bildirib: "Fəaliyyətini düzgün quran, şəffaflığı təmin edən, vergilərini vaxtında ödəyən hər bir sahibkar "Yaşıl dəhliz" iştirakçısı hüququnu əldə edir. Bu da könüllülüyə riayət mədəniyyətinin formalaşmasının əsasıdır. Sevindirici haldır ki, qısa müddətdə – 17-18 gün ərzində 100-dən çox şirkət "Yaşıl dəhliz" iştirakçısı hüququnu əldə edib və bu şəffaflığın təmin olunmasından istifadə edərək istər sərhəd-keçid məntəqələrində, istərsə də idxal əməliyyatlarında heç bir gömrük məmuru ilə təmasa girmədən bütün əməliyyatları özləri həyata keçirir. Onlar bütün ödənişləri öz ofislərində həyata keçirməklə idxal-ixrac əməliyyatlarını tamamlamış olurlar".

Fəaliyyətini düzgün quran, şəffaflığı təmin edən, vergilərini vaxtında ödəyən
hər bir sahibkar "Yaşıl dəhliz" iştirakçısı hüququnu əldə edir

Qeyd olunub ki, artıq 9 ölkə üzrə ticarət əməliyyatları ilə bağlı onlayn rejimdə əvvəlcədən məlumat mübadiləsi aparılır ki, bu da şəffaflığın təmin edilməsinə, vergi uçotunun düzgün təşkil olunmasına münbit şərait yaradır. Fevralın 1-dən qısa idxal bəyannamələrinin tətbiq olunduğunu diqqətə çatdıran S.Mehdiyev qeyd edib ki, bu sənəd elektron idarəetmə sistemi vasitəsilə vergi orqanlarına da ötürülür və birgə fəaliyyət nəticəsində haqsız rəqabət aradan qaldırılır, şəffaflığın təmin olunmasına münbit zəmin yaradılır: "Son illərdə atılan uğurlu addımların nəticəsi olaraq belə bir qənaətə gələ bilərik ki, istənilən qərarı verərkən və müzakirə edərkən sahibkarların yanında olmalıyıq, onları maraqlandıran, fəaliyyətlərinə münbit şərait yaradan qanunvericilik aktlarını təkmilləşdirməliyik".

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?