10 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

IOTA-nın icraçı katibi: "Vergi ödəyicilərinin əksəriyyəti vergiləri ödəmək həvəsindədir"

Bakıda "Vergilər. Şəffaflıq. İnkişaf" mövzusunda keçirilmiş vergi forumunda çıxış edən Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) icraçı katibi Migel Silva Pinto bildirib ki, Azərbaycanda vergi inzibatçılığı, gömrük, əmək və əhalinin sosial müdafiəsi sahələrində çox mütərəqqi işlər görülür və bu işlər beynəlxalq əməkdaşlıq ruhunda aparılır.

Vergilər Nazirliyi ilə 2002-ci ildən bəri yaxından əməkdaşlıq etdiklərini vurğulayan M.S.Pinto deyib: "Vergilər Nazirliyi bizim bir çox mötəbər tədbirlərimizdə iştirak edib. IOTA-nın məqsədi üzv ölkələrin vergi orqanlarına vergi inzibatçılığı ilə məşğul olan regionlarda praktiki məsələlərlə bağlı kömək etməkdir. Azərbaycan vergidən yayınmaya və digər mövzulara həsr edilmiş bir sıra tədbirlərdə bizimlə birgə olub. IOTA-nın mötəbər səviyyədə qərarlarının qəbul edilməsində Azərbaycan da yaxından iştirak edib".

Hazırda Azərbaycanda aparılan vergi siyasətinin IOTA daxilində müəyyən edilmiş strateji istiqamətlərlə uzlaşdığını vurğulayan M.S.Pinto ölkəmizin təşkilatda gördüyü işlərə və verdiyi töhfəyə görə təşəkkürünü bildirib. O, yaranmış əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə, imkanların genişlənəcəyinə ümid etdiyini deyib.

Azərbaycanın Vergilər Nazirliyi gələcək fəaliyyətini məhz aidiyyəti qurumlarla,
konkret olaraq sahibkarlarla, vergi ödəyiciləri ilə iş birliyində görür

IOTA-nın icraçı katibi vergi sistemində şəffaflığın çox vacib olduğunu vurğulayıb: "Müasir dönəmdə vergi orqanları çox böyük çağırışlarla üzləşirlər. Qloballaşma, rəqəmsallaşma – bütün bunlar vergi orqanlarında islahatların keçirilməsi zərurətini yaradır. Bu zərurət müqavimətə qarşı mübarizədir. Çünki dəyişiklik baş verdiyi zaman cəmiyyətdə ona qarşı müqavimət olur. Bunun üçün daha çox vəsaitin, gəlirlərin əldə edilməsi məsələsi aktual olduğu kimi, digər tərəfdən də vergi ödəyicilərinin partnyor kimi formalaşması vacibdir. Azərbaycanın Vergilər Nazirliyi, bu mənada, gözəl bir nümunədir. Vergi orqanları öz gələcək fəaliyyətini məhz aidiyyəti qurumlarla, konkret olaraq sahibkarlarla, vergi ödəyiciləri ilə iş birliyində görür. Bu, çox təqdirəlayiq bir haldır".

Şəffaflıq məsələsinə toxunan baş katib qeyd edib ki, vergi bazasının genişlənməsi baxımından könüllü vergi intizamı məsələsi ön plana çıxır. Digər tərəfdən, vergi yükünün azaldılması şirkətlərə, sahibkarlara daha rahat, daha etibarlı işgüzar mühitdən, vergi sistemindən faydalanmaq imkanı verir: "Hər bir ölkədə dəyişikliklər, müəyyən çağırışlar yaşanır. Bütün bunların fövqündə biz əsas məqamı diqqətdən kənarda qoymamalıyıq. Proseslər sürətlə cərəyan edir və onunla ayaqlaşmaq lazımdır. Vergi ödəyiciləri bizə daha çox onlara xidmət göstərən qurumlar kimi baxırlar. Təbii ki, onlar bizdən daha keyfiyyətli, rahat, əlçatan xidmət gözləyirlər. Azərbaycanda vergilər sahəsində həyata keçirilən islahatlar, portalın və digər xidmətlərın qurulması həm vaxta, həm də xərclərə qənaət etməyə imkan verir".

Azərbaycanda vergilər sahəsində həyata keçirilən islahatlar
həm vaxta, həm də xərclərə qənaət etməyə imkan verir

M.S.Pinto sahibkarlarla, digər aidiyyəti qurumlarla, əhali qrupları ilə vergi orqanlarının dialoqunun davamlı olmasının vacibliyini də vurğulayıb: "Çünki tərəqqinin əsas şərti budur. Siz tərəf-müqabilinizin ehtiyaclarını, gümanlarını, gözləntilərini bilməlisiniz. Bu mənada, Azərbaycanı dövlət idarəçiliyinin effektiv və islahat əsaslı, vətəndaş cəmiyyətini nəzərə alan, inkişaf yolunda olan bir ölkə nümunəsi kimi qeyd edə bilərik"

Forumun çağırışları sırasında "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması olduğunu deyən baş katib bunun öhdəsindən gəlməyin vacibliyini bildirib və burada əsas məqsədin məhz ədalətli vergitutma sisteminin yaradılması olduğunu qeyd edib: "Vergi ödəyicilərinin əksəriyyəti vergiləri ödəmək həvəsindədirlər. Lakin bunun qarşılığı olaraq onlar dövlət xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, ölkədə həyat səviyyəsinin yüksəldilməsi kimi faydalar gözləyirlər".

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?