20 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xidmət sahələri və istehlakçılar daha mükəmməl davranış nümayiş etdirməlidirlər

Son günlər COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ticarət və xidmət sahələrinin işinə nəzarət daha da gücləndirilib. Qaydaları pozan obyektlərin səlahiyyətli əməkdaşları, eləcə də istehlakçılar qanunvericiliyə uyğun cəriməedilirlər.

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov qeyd edib ki, bir müddət öncə xidmət və ticarət müəssisələrində COVID-19-la mübarizə çərçivəsində görülməli olan tədbirlər açıqlanmışdı: “Həmin qaydalara əsasən, obyektlərdə sanitar-məişət otaqlarının (sanitar qovşağı, soyunub-geyinmə otağı və s.), mətbəxlərin, heyət otaqlarının, xidmət zallarının mütəmadi dezinfeksiya edilməsi və digər təmizlik işlərinin aparılması, qida zallarında ara məsafənin gözlənilməsi, işçilərin qoruyucumaskadan, eləcə də dezinfeksiya məhlulundan düzgün istifadə etmələrinin təmin edilməsi və digər təlimatlara əməl olunması vacib şərtlər kimi qoyulur. Xidmət sahələrində giriş-çıxışlardakı ayaqaltlıqlar, qapı və qapı tutacaqları, istehlakçıların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və onların tutacaqları, məhsulların saxlandığı rəflər, stellajlar, daşındığı araba və səbətlər, çoxmərtəbəli müəssisələrdəki eskalatorlar və onların tutacaqları, liftlər, anbarlar, tullantı qabları, ödəniş terminalları, kassada yerləşən konveyerlər və s. mütəmadiqaydada dezinfeksiya olunmalıdır”.

Birlik rəhbərinin sözlərinə görə, maskadan istifadə etməyən istehlakçıların ticarət və xidmət obyektlərinə buraxılması qadağan edilib. Girişdə isə onların temperaturu ölçülür və yalnız hər şey qaydasında olduğu təqdirdə, obyektə daxil olmağa icazə verilir: “Yaranmış şəraitə görə istehlakçılar, satıcılar, xidmət göstərən digər şəxslər daha mükəmməl davranış nümayiş etdirməlidirlər. Hər kəs başa düşməlidir ki, bütün bunlar insanların sağlamlığının qorunmasına, pandemiyanın qarşısının alınmasına xidmət edir. Müəyyənləşdirilmiş qaydalara sözsüz əməl olunmaqla bərabər, düşünürəm ki, digər məsələlərə də diqqət yetirilməlidir. Azad İstehlakçılar Birliyinə daxil olan müraciətlərdə kartlardan istifadə zamanı yoluxma ehtimalının yarandığını bildiriblər. Ticarət obyektlərində çalışan kassirlər yüzlərlə kartla təmasda olduqları halda, bəzən əllərini dezinfeksiya etməyə məhəl qoymurlar. Təəssüf ki, biz bəzən marketlərdə çalışan şəxslərin də maskadan istifadə etmədiyinin şahidi oluruq. Bütün bu məsələlərə ciddi nəzarət edilməlidir”.

VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?