20 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

9 May – faşizm üzərində qələbə günü

Birinci dünya müharibəsindən sonra ideoloji cərəyan kimi meydana gələn və getdikcə Avropaya yayılan faşizm XX əsrin ən amansız bəşəri fəlakətlərindən birinə çevrilmiş, insanlığı yeni bir dünya müharibəsinə sürükləmişdi. Faşizmin və ya milli sosializmin ideya əsasını ifrat antidemokratiya, irqçilik, şovinizm, sosial darvinizm təşkil edirdi. O həm fiziki, həm də mənəvi mənada bütün fərdlərin taleyini həll etmək məsuliyyətini öz üzərinə götürən və "milli birliyə" hər hansı müdaxiləni qəti şəkildə aradan qaldıran totalitar dövlət quruluşunu ilahiləşdirir, zora güvənən qəddar, amansız hakimiyyəti təbliğ edirdi.

SSRİ-nin, o cümlədən Azərbaycanın faşizmə qarşı ölüm-dirim savaşı apardığı Böyük Vətən müharibəsi illərində (1941-1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizindən 123 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur.

İqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədi ilə respublikada böyük işlər aparılırdı. Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilmişdi. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz qəhrəmanlıq və fədakarlıq göstərir, cəbhəni və sənayeni yanacaqla təmin edirdilər.

Müharibə illərində akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılmışdı. Neftçilərimizin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə edilmiş, 1941-ci ildə 23,5 milyon ton "qara qızıl" çıxarılmışdı. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları vermişdilər. İnamla demək olar ki, Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olmuşdur. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beş tankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyirdi. Böyük Vətən müharibəsi Azərbaycan xalqının kütləvi qəhrəmanlıq və fədakarlığını nümayiş etdirdi.

Bəşəriyyətin XX əsrin əvvəllərində üzləşdiyi qəddar faşizm bəlası ilə Azərbaycan xalqı XX əsrin sonlarında bir daha üzləşdi – işğalının ildönümünü qeyd etdiyimiz şəhər və kəndlərimiz, yurdundan perik düşən insanlarımızın əzabları erməni faşizminin tarixin sinəsində açdığı yaradır. Lakin bir həqiqət var ki, insanlara ölüm və fəlakət gətirən hər cür antibəşəri istəyin özü, onu həyata keçirənlər məhvə məhkumdur. Şair demiş: "Zülüm də, zalım da var ola bilməz!"

VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz? Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür?