11 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İş adamı: "Sahibkarlıq subyektlərinin daha az zərər çəkməsi üçün onlara göstərilən dəstək təqdirəlayiqdir"

Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi proqramları çərçivəsində sahibkarlara maliyyə yardımı göstərilib. İş adamları hökumətin bu addımını minnətdarlıqla qarşılayırlar.

Əfqan Abdullayev, "Ştutqart" MMC-nin direktoru: "Ciddi karantin rejiminin tətbiqi ilə əlaqədar iqtisadiyyatın bir çox sahələrində iqtisadi aktivlik tempi aşağı düşüb. Bununla əlaqədar olaraq, dövlət başçısının müvafiq tapşırığı ilə sahibkarlıq subyektlərinin daha az zərər çəkməsi üçün onlara göstərilən dəstək çox təqdirəlayiqdir. Hökumətin maliyyə yardımı sayəsində bütün işçilərimizin əməkhaqqını tam şəkildə ödəmişik. Buna görə şirkətimizin adından cənab Prezidentə və hökumətə dərin təşəkkürümü bildirirəm. O da sevindiricidir ki, əhalinin sağlamlığının qorunması istiqamətində ölkəmizdə görülən qabaqlayıcı tədbirlər artıq öz bəhrəsini verməkdədir".

Hadı Məmmədov, "Loqofon" MMC-nin mühasibi: "Bu çətin dönəmdə cənab Prezident İlham Əliyevin sahibkarlara göstərdiyi qayğı nəticəsiz qalmır. Dövlətin göstərdiyi dəstək sayəsində şirkətlərin pandemiyadan sonrakı dövrdə öz fəaliyyətlərini bərpa etməsi daha asan olacaq, iş həyatı öz təbii ritminə qayıdacaq. Dövlətimizin başçısına, həmçinin İqtisadiyyat Nazirliyinə koronavirusla bağlı Prezidentimizin sərəncam və göstərişlərinə əsasən sahibkarlara dəstəyin göstərilməsi ilə bağlı görülən operativ tədbirlərə görə öz təşəkkürümüzü bildiririk".

Elxan Əziziov, "Edumedia-Azərbaycan" MMC-nin direktoru: "Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı karantinin rejimin tətbiqi səbəbindən işçilərin əməkhaqqının və digər xərclərin ödənilməsində çətinliklər yarandığı bu ağır zamanda dövlətimizin daim sahibkarların yanında olduğunun bir daha şahidi olduq. Ölkə başçısının bütün vətəndaşlara, eləcə də sahibkarlara göstərdiyi diqqət və qayğı iqtisadiyyatımızın gələcək inkişafı üçün faydalı zəmin yaradır. Bütün görülən işlər, həyata keçirilən tədbirlər dövlətimizə olan güvənimizi daha da artırır. Buna görə dövlət başçısına, eləcə də aidiyyəti qurumlara səmimi minnətdarlığımızı bildiririk".

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?