1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan dövləti daim sahibkarların yanındadır

Azərbaycan dövləti daim sahibkarların yanındadır

Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi proqramları çərçivəsində sahibkarlara maliyyə yardımı göstərilib. İş adamları hökumətin bu addımını minnətdarlıqla qarşılayırlar.

Ülvi Aslanov, "Code Academy" MMC-nin direktoru: "Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında Nazirlər Kabinetinin vaxtında qərar verərək gördüyü tədbirlər virusun ölkəmizdə yayılmasını zəiflədib və ictimai zərərin həcmi dəfələrlə azalıb. Bu da bir reallıqdır ki, mart ayından mərhələli şəkildə tətbiq olunan xüsusi karantin rejimi iş sahələrinin fəaliyyətinin məcburi məhdudlaşdırılmasından qaynaqlanan qaçılmaz iqtisadi problemlərə, müəssisələrdə maddi problemlərin yaranmasına səbəb olmuşdur.

Azərbaycanda İnformasiya Texnologiyaları sahəsində təhsil verən qabaqcıl təhsil müəssisələrindən olan "Code Academy" mart ayından sinifdaxili tədris fəaliyyətini dayandıraraq iş ofisini bağlamaq məcburiyyətində qaldı.

Əməkdaşlarımızın məvaciblərinin ödənilməsinə yardım üçün müraciətimiz operativ şəkildə qəbul olundu və ehtiyacımızın müəyyən bir qismini qarşılayan məbləğ şirkətin hesabına köçürüldü. Belə çətin dövrdə dövlətimizin sahibkarlardan dəstəyini əsirgəməməsi və imdadına yetişməsi təqdirəlayiqdir. Azərbaycan Respublikasının Prezidentinə və Nazirlər Kabinetinə şirkətimiz adından öz təşəkkürümü bildirirəm və əminəm ki, belə bir dəstəyin göstərilməsi postpandemiya dövründə fəaliyyətimizi gücləndirməyimiz və ölkəmizə xidmətimizi daha da artırmağımız üçün əlavə motivasiya olacaqdır".

Şəhla Ruhi, "NİMEX" MMC-nin icraçı direktoru: "Pandemiya ilə mübarizəyə dəstək proqramı çərçivəsində iqtisadiyyatın bütün fərdlərinə göstərdiyi diqqət və qayğıya görə şirkətimiz və əməkdaşlarımız adından Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə təşəkkür və minnətdarlığımızı bildiririk. Biz də öz növbəmizdə #EvdəQal kampanyasına qoşulub əməkdaşlarımızın daha təhlükəsiz şəraitdə öz əmək funksiyalarını icra etmələrinə dəstək olmuşuq. Biz birlikdə güclüyük!

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?