19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakının Baş Planının layihəsi üzərində işlərin ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur

Bakının Baş Planının layihəsi üzərində işlərin cari ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, bu barədə komitənin sədri Anar Quliyev yanvarın 24-də ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyib.

O bildirib ki, komitə tərəfindən 2018-ci ildə əməkdaşlığa cəlb olunmuş "BCG" nüfuzlu beynəlxalq məsləhətçi şirkətinin dəstəyi ilə hazırlanmış Bakının İnkişaf Konsepsiyası əsasında şəhərin Baş Planının hazırlanması istiqamətində kompleks işlər 2019-cu ildə də qrafikə uyğun davam etdirilib. Keçirilmiş beynəlxalq tender vasitəsilə seçilmiş, qərargahı Almaniyada yerləşən tanınmış "AS+P" şəhərsalma şirkəti şəhər ərazisinin strateji və çoxsəviyyəli planlaşdırılmasına, habelə əsas inkişaf göstəriciləri üzrə modelləşdirmə ilə bağlı texniki işlərin görülməsinə başlayıb. Bakının Baş Planının hazırlanması prosesinin əlaqələndirilməsi məqsədilə komitə tərəfindən yaradılmış qurumlararsı işçi qrupun hesabat dövründə keçirilmiş 4 geniş tərkibli iclası və 70-dək ikitərəfli görüşlər nəticəsində beynəlxalq və yerli ekspertlərin şəhərin gələcək inkişafının əsas prinsiplərinə dair irəli sürdüyü təşəbbüslər müzakirə edilib, paytaxtın əsas şəhərsalma yanaşmaları razılaşdırılıb. Bakı şəhərinin Baş Planının layihəsi üzərində işlərin cari ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur: "Komitə tərəfindən respublikanın digər şəhərlərinin Baş Planlarının və müfəssəl planlaşdırma layihələrinin işlənilməsi prosesi də davam edib. 2019-cu ildə Şəmkir, Göygöl, Xaçmaz, Salyan, Masallı, Tovuz, Quba və Biləsuvar şəhərlərinin Baş Planları Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Bakı ilə yanaşı, hazırlanmasına 2018-ci və 2019-cu illərdə başlanılmış daha 10 şəhərin (Daşkəsən, Şabran, Tərtər, Saatlı, Sabirabad, Kürdəmir, Goranboy, Gədəbəy, Astara və Gəncə) Baş planlarının hazırlanması işi müxtəlif mərhələlərdə davam etdirilir. Eyni zamanda, aidiyyəti yerli icra hakimiyyəti orqanlarının sifarişləri əsasında hazırlanan daha 10 şəhərin (Şəki, Qax, Ağsu, Yevlax, Sumqayıt, Ağstafa, Xırdalan, Şamaxı, Mingəçevir, Salyan) ərazilərini əhatə edən müfəssəl plan layihələri hesabat dövründə Komitədə təhlil edilib, bir hissəsi ilə bağlı rəylər bildirilib".

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?