18 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ötən il Azərbaycana gələn avropalı turistlərin sayı 15 faizədək artıb

Ötən il Azərbaycana gələn avropalı turistlərin sayı 15 faizədək artıb

2019-cu ildə Azərbaycana səfər edən xarici vətəndaşların sayı 3,17 milyon nəfər təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz artım deməkdir. Bu barədə Dövlət Turizm Agentliyindən (DTA) məlumat verilib. Artımın qeyd olunduğu əsas istiqamətləri Rusiya, Gürcüstan, İran, Türkiyə, eyni zamanda Asiya və Avropa ölkələri təşkil edir.
Avropa ölkələrindən Azərbaycana gələnlərin sayı ötən ilin yanvar-dekabr dövründə 224 min nəfər təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrünə nisbətdə 14,7 faiz artım hesab olunur. Bu regiondan daha çox ziyarətçi Böyük Britaniya (36 min nəfər və ya 25,3% artım), Almaniya (20 min nəfər və ya 19,4% artım), İtaliya (12 min nəfər və ya 10,8% artım) və Fransadan (9 min nəfər və ya 15,2% artım) təşkil edib.

Cənubi Asiya ölkələri arasında 65 min nəfərlə Hindistandan və 46 min nəfərlə isə Pakistandan müvafiq olaraq 66,8 faiz və 12,9 faiz artım qeydə alınıb.

Mərkəzi Asiya ölkələrindən gələn səyahətçilər arasında Türkmənistandan gələn qonaqların sayı 85 faiz artıb. Bu regiondan Qazaxıstandan gələnlərin sayı da 26,1 faiz artaraq 47 min nəfərə, Özbəkistandan gələnləri sayı isə 28,3 faiz artaraq 23 min nəfərə çatıb.

Azərbaycana səfər edən İsrail vətəndaşları arasında da 17 faiz artım müşahidə edilib.

Qeyd etmək lazımdır ki, Səudiyyə Ərəbistanı vətəndaşları Yaxın Şərq ölkələrindən gələn səyahətçilər arasında üstünlük təşkil edərək 46,7 faiz artım göstərib. Azərbaycanın turizm nümayəndəliyinin fəaliyyət göstərdiyi Çindən 62,4 faiz artım müşahidə olunub.

Bu il ərzində növbəti turizm nümayəndəliklərinin fəaliyyət göstərəcəyi Cənubi Koreya üzrə 19,9 faiz, Ukrayna üzrə isə 2,4 faiz artım müşahidə edilib.

VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır?