15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib

Dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı tədbirdə çıxış edib.

Sonra Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafında xidmətləri olan və 2019-cu ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.

Dövlətimizin başçısı ölkəmizdə idmanın inkişafında xidmətlərinə görə Alavərdi Culfayevə, Yavuz Eminbəyliyə və Ramiz Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sənədləri təqdim edib.

Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Paşa Əliyev, Tərlan Həsənov, Şahlar Mustafayev, Azər Həsənov, İqdam Ələkbərov, Tofiq Heydərov və Böyükağa Ağayev Əməkdar bədən tərbiyəsi və idman xadimi, idman səhiyyəsinin inkişafındakı xidmətlərinə görə Natiq Əliyev və Emiliya Hüseynovaya Əməkdar həkim, Rəşad Cavadova isə Əməkdar jurnalist fəxri adlarının vəsiqələri təqdim olunub.

Tədbirdə Pərviz Tağıyev, Ramiz Quliyev, Nazim Səmədov, Orxan Qəribov, Yalçın Qaralı, Şahin Mahmudov, Nadir Əzizov və Ramil Əhmədov Milli Olimpiya Komitəsi Prezidentinin fəxri fərmanları ilə təltif ediliblər.

Prezident İlham Əliyev 2019-cu ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançıya və idman mütəxəssisinə - Salman Əlizadə, Bəhram Mürvətov, Qərib Əliyev, Rəşad Məmmədov, Ramiz Ramizzadə, Bəhruz Salehli, Səbinə Məmmədova, Elxan Süleymanov, Səid Quliyev, Əbülfəz Məmmədov, Rəşad Əbdürrəhmanov, Vladislav Qədirov, Anar Allahverdiyev, Xanım Balacayeva, Kərim Sərdarov, Emil Həsənov, Kamil Qafarov, Ceyhun Hüseynov, Asiman Qurbanlı, Cabbar Mustafayev, Faiq Quliyev, Şahbandlu Rəcəbzadə və Səməd Qurbanova yeni mənzillərin orderlərini təqdim edib.

Daha sonra Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar incəsənət xadimi Zərifə Salahova Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyələri təqdim edib.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?