29 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gənclərlə bağlı yeni məşğulluq layihələrinə başlanılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin aktiv məşğuluq tədbirlərinin hədəflərindən biri də gənclərin məşğulluğu, onların əmək bazarına inteqrasiyasının dəstəklənməsidir.

Təkcə 2021-ci il ərzində agentlik tərəfindən 20 min 363 gənc münasib işlə təmin edilib. Özünüməşğulluq proqramının icrasında da gənclərin iştirakına xüsusi əhəmiyyət verilir. Ötən il də 4 min 288 gənc özünüməşğulluq proqramına cəlb olunaraq, proqramın dəstəyi ilə öz kiçik biznes sahələrini yaradıb.

Agentliyin peşə hazırlığı kurslarına ötən il böyük əksəriyyəti gənclər olan 1000 nəfər cəlb olunub, 2 minə yaxın gəncə isə peşəyönümü məsləhət xidmətləri göstərilib. Bu ildən agentlik beynəlxalq sertifikatlı mütəxəssis hazırlığı kurslarına başlayacaq və həmin kurslara cəlb edilənlərin böyük əksəriyyəti gənclər olacaq.

Gənclərin əmək bazarına inteqrasiyasına dəstək olan yeni proqramlardan biri də Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondunun birgə icra etdiyi “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı”dır. Proqram üzrə gənclərin bilik və bacarıqlarının artırılması, potensiallarının, ideyalarının reallaşdırılması üçün “Peşəkar Gənclik”, “İşəgötürənlər üçün Əməkhaqqı Subsidiyası”, “Biznesini Yarat Marafonu” layihələri çərçivəsində işlər aparılır.

Dövlət Məşğulluq Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərəfdaşlığı ilə bu günlərdə yeni “Gənclərin biznes emalatxanası” layihəsinə başlanılıb. Layihənin məqsədi peşə təhsili alan sonuncu kurs tələbələrinin biznes təlimlərinə cəlb olunması və özünüməşğulluq proqramı çərçivəsində mikrobizneslərini qurmasıdır.

Dövlət Məşğulluq Agentliyi, BMT-nin İnkişaf Proqramı və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) “Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı” layihəsi çərçivəsində “Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” (PROGRO) da hazırlanıb. Platformanın məqsədi gənclərin peşəkar inkişafla əlaqədar maarifləndirilməsi və onların gələcək iş həyatına hazırlığına dəstək verməkdir.

Dövlət Məşğulluq Agentliyinin nəzdində Karyera Mərkəzlərinin Koordinasiya Şurası yaradılıb. Karyera Mərkəzlərinin Koordinasiya Şurasının yaradılmasında məqsəd vahid standartların müəyyən edilməsi və tətbiqi, karyera mərkəzi olmayan ali təhsil müəssisələrində belə mərkəzlərin yaradılmasına dəstək göstərilməsi, metodiki bazanın, yerli müsbət təcrübələrin paylaşılması, xarici təcrübənin araşdırılması və tətbiqinə dəstək göstərməkdir.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?