19 May 2022

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Milli iradəmizin zəfər çaldığı gün!

Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən xalq kütlələrinə qarşı sovet ordusu 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə hərbi əməliyyatlara başladı. Həmin gecə sovet imperiyasının rəhbərliyi Azərbaycan xalqının mübarizə əzmini qırmaq üçün hərb maşınını işə salaraq bəşəriyyət tarixində ən dəhşətli cinayətlərdən birini törətdi. Dinc əhaliyə qarşı qanunsuz hərbi müdaxilə nəticəsində 132 nəfər günahsız insan ən amansız şəkildə öldürüldü, 744 nəfər yaralandı və yüzlərlə insan itkin düşdü.

Ümummilli lider Heydər Əliyevin həmin dəhşətli günlərdə həyatını riskə qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında dediyi kimi, bu hadisə "...ayrı-ayrı insanlara edilən qəsd, təcavüz deyildi. Bütün Azərbaycan xalqına, Azərbaycan millətinə, Azərbaycan dövlətinə edilən hərbi təcavüz idi. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 yanvarda dövlətimizin müstəqilliyi, suverenliyi, ərazi bütovlüyü və xoşbəxt gələcəyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə daim mühüm işlər görmüşdür. Bu istiqamətdə atılan bütün dövlət səviyyəli addımlar ölkə Prezidenti tərəfindən Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərə göstərilən qayğının bariz nümunəsidir...

Ali Baş Komandan cənab İlham Əliyevin müzəffər sərkərdəliyi altında 2020-ci ilin 27 sentyabr tarixindən başlanan 44 günlük Vətən müharibəsi ilə dövlətimizin Ermənistanın təcavüzü nətisəsində pozulmuş ərazi bütövlüyü və dövlət suverenliyini təmin etməklə xalqımızın azadlığı və müstəqilliyi yolunda canından keçmiş şəhidlərimizin qanını yerdə qoymadı. Bu gün – 20 yanvar faciəsindən 32 il sonra biz böyük qürur hissi ilə deyə bilərik ki, azadlığımız və müstəqilliyimiz uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin ruhu şaddır. Bir an belə düşünmədən canlarını fəda etdikləri Vətənimiz Azərbaycan azaddır, torpaq bütünlüyü, sərhəd toxunulmazlığı və dövlət suverenliyi təmin olunub.

Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda "Vətən sağ olsun" deyib canlarından keçən övladları bütün dünyaya sübut etdilər ki, Vətən torpağı müqəddəsdir, toxunulmazdır. Təsadüfi deyilməyib ki, heç nə yaddan çıxmır, heç kəs unudulmur. Vətən yolunda şəhidlik zirvəsinə yüksələnlər də heç vaxt unudulmur, yaddaşlardan silinmir, çünki şəhidlər ölməzdir. Bu ölməzlik həm də dövlətimizin müstəqilliyində, xalqımızın birliyində yaşayır.

Allah şəhidlərimizə rəhmət eləsin!

Anar ƏLİYEV,

Tarix üzrə fəlsəfə doktoru

İqtisadiyyatHicran Hüseynova: Qadınların əmək bazarına lazımi bacarıqlarla çıxması üçün innovativ maliyyə mexanizmləri yaradılmalıdır MüsahibələrVergi daxilolmalarının artması ölkədə aparılan iqtisadi islahatlarla bağlıdır İqtisadiyyatAvropa İttifaqı-Azərbaycan biznes forumu keçirilib VergiDövlət Vergi Xidmətinin rəisi “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi ilə görüşüb İqtisadiyyatMikayıl Cabbarov Səngəçal terminalına səfər edib MüsahibələrVasif Eyvazzadə: Azərbaycanda yaradıcı iqtisadiyyatın inkişafı üçün böyük potensial var MÜSAHİBƏ VergiDövlət Vergi Xidmətinin rəisi AHK İmpuls tədbirinin qonağı olub İqtisadiyyatKİV nümayəndələri 195-1 Çağrı Mərkəzi ilə tanış olublar REPORTAJ VergiVergi daxilolmalarının 68,1 faizi qeyri-neft-qaz sektorunun payına düşüb İqtisadiyyatƏmlak Xidmətləri Məkanında bir gün FOTOREPORTAJ