19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vətəndaşlara Yeni il bayramı ərəfəsində “fişinq” kampaniyalarının artması ilə bağlı xəbərdarlıq edilib

Elektron Təhlükəsizlik Xidməti vətəndaşları Yeni il bayramı ərəfəsində məşhur şirkətlərin adından həyata keçirilən “fişinq” kampaniyalarının artması ilə bağlı xəbərdar edir.

Xidmətdən bildirilib ki, bu dəfə istifadəçiləri “tələyə salmaq” və fərdi məlumatlarını ələ keçirmək məqsədilə onlara vatsap üzərindən “Araz Supermarket istehlakçı mükafatlandırma sorğusu” adı altında saxta mesajlar göndərilir.

Mükafatı əldə etmək üçün istifadəçidən keçidə daxil olaraq sorğu formasını doldurması istənilir. Məlumata etimad edərək keçidə daxil olan istifadəçi həmin şirkətin rəsmi səhifəsinə oxşar saxta səhifəyə yönləndirilir. Bununla yanaşı, istifadəçidən həmin mesajı nömrə siyahısında olan 5 qrupa və ya 20 vatsap istifadəçisinə göndərməsi tələb olunur. Bu kimi kiberhücumlarda məqsəd saxta reklam baxışları toplamaqla “asan” yolla gəlir əldə etmək, istifadəçiləri üçüncü tərəf tətbiqləri yükləməyə vadar etmək və fərdi məlumatları ələ keçirməkdir.

Bu növ kiberhücumlardan qorunmaq üçün istifadəçilərdən xahiş olunur ki, sadə kibertəhlükəsizlik qaydalarına əməl etsinlər.

Aldığınız hər mesaja şübhə ilə yanaşın və cəlbedici vədlərə aldanaraq ani hərəkət etməyin, hədiyyə, pulsuz bonus və mükafat təklif edən vədlərə etimad etməyin, şübhəli keçidlərə daxil olmayın, hər zaman məlumatın düzgünlüyünü fərqli əlaqə vasitələrindən istifadə edərək yoxlayın, hər hansı şirkət, qurum və ya təşkilat adından bu kimi məlumatlar aldıqda, ilk əvvəl həmin müəssisə ilə əlaqə saxlayaraq və ya veb-brauzerdə açılan yeni səhifədə onun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olun, doğruluğundan əmin olmadığınız mesajları digər şəxslərə yönləndirməyin və ya sizə yönləndirilən mesajlara etibar etməyin, ətrafınızdakı şəxsləri də bu kimi elektron təhlükələr barədə məlumatlandırın.

Həmçinin bu kimi hallarla üzləşdikdə “www.cert.az” saytı və ya “[email protected]” elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat verin.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?