11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

8 NOYABR - ZƏFƏR GÜNÜ!

30 il bundan öncə Ermənistan havadarlarının hesabına Azərbaycan torpaqlarını, Qarabağı işğal edəndə, yüzlərlə insanımız qətl ediləndə, körpələr, hamilə qadınlar süngüyə keçiriləndə, yüz minlərlə insanımızın elementar hüquqları ayaqlar altına atılanda, qaçqın, məcburi köçkünlərə çevriləndə dünya bu hadisəyə susdu, erməni vandallarının cinayətlərini görməzdən gəldi. 30 il ərzində Azərbaycan xalqı və dövlətinin beynəlxalq hüquqla təsbit olunmuş hüquqları təmin edilməyəndə, işğal faktı aradan qaldırılmayanda, beynəlxalq təşkilatlar və dünya gücləri qarşısında qaldırdığımız haqlı tələblərimiz "məğlub tərəfsiniz, status-kvonu qəbul etməli və mövcud reallıqlarla barışmalısınız" tərzində cavablandırılında həmin qüvvələr də daxil heç kim inanmaq istəmirdi ki, xalqımız və liderimiz "reallıq" deyib bizə qəbul etdirmək istədikləri vəziyyətlə barışmayacaqlar. Və bir gün səbrin, dözümün sonu gələcək, Ali Baş Komandanın əmri ilə Azərbaycan ordusu "ədalətli dünyanın" on illər ərzində ona qəbul etdirmək istədiyi status-kvonu aradan qaldıracaq, qısa müddət ərzində yeni reallıqlar yaradacaq: torpaqlarımızın azad edildiyi, Azərbaycanın qalib olduğu reallıqlar!

Bəli, bu gün biz qürurla Azərbaycanın qalibiyyətini təsdiq edən, şərəf, qürur ünvanımız Şuşanın azadlığını simvolizə edən Zəfər Gününü qeyd edirik.

Bu şərəfi, bu sonsuz qüruru bizlərə torpaqlarımız işğal ediləndən sonra dünyaya gələn, Qarabağı danışıqlardan, yazılardan, kitablardan tanıyan gənclərimiz, Prezident İlham Əliyevin hakimiyyəti dövründə vətənpərvərlik ideologiyasının təsirində böyüyən gəncliyimiz, gələcəyimiz yaşatdı! O gənclik ki, dünya durduqca var olacaq Azərbaycanımızın gələcəyi onlara əmanətdir.

Torpaqlarımızı öz canları, qanları bahasına azad edən şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik!

Bizlərə belə qürurlu, şərəfli günlər yaşadan hər bir qazimizə, əsgərimizə, zabitimizə bir ömür borcluyuq!

273 illik tariximizin ən böyük sərkərdəsi, 44 gün ərzində bizi qələbədən qələbəyə aparan Ali Baş Komandan, Azərbaycan var olduqca əbədi yaşayacaq müzəffər Sərkərdə, var olun!

Zəfərimiz əbədi, Zəfər Günümüz mübarək olsun!

Anar ƏLİYEV,

tarix üzrə fəlsəfə doktoru

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?