18 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qələbələrimizin təməl günü - 15 iyun

Azərbaycan xalqı və dövlətinin tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyunu sadəcə təqvim bayramı deyil, həm də böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir hadisə kimi qiymətləndirmək zəruridir. 15 iyun tariximizə millətin qurtuluşu, dövlətimiz, dövlətçiliyimizin xilası, inkişafımızın dönüş nöqtəsi kimi böyük hərflərlə yazılıb.

Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidilə yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə Ulu Öndərin ölkəmizə rəhbərilyə qayıtması Azərbaycanı iflas olmaqdan, dövlət kimi sıradan çıxmaqdan xilas etdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və çoxşaxəli inkişafın təməlini qoydu.

Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır.

Uzun illik fasilədən sonra 2020-ci ildə Azərbaycan ərazi bütövlüyü və dövlət suverenliyini təmin etdi, milli qürurumuz, mənliyimiz bərpa olundu və bu qələbələrimizin kökündə 15 İyun məqamı dayanır.

Anar ƏLİYEV,

tarix üzrə fəlsəfə doktoru

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?