25 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlar üçün yeni layihəyə start verilib

Youth İnc. Sahibkarlıq Proqramı çərçivəsində yeni “from Start to Smart” layihəsinin açılışı olub.
Onlayn həyata keçirilən açılışda çıxış edən Youth İnc. Sahibkarlıq Proqramının meneceri Talifa İsgəndərli layihə haqqında iştirakçılara geniş məlumat verib. Qeyd edib ki, Youth İnc. Sahibkarlıq Proqramı 2013-cü ildən uğurla həyata keçirilən uzunmüddətli gənclər proqramıdır. Proqramın əsas məqsədi ölkədə gənc sahibkarlıq anlayışının inkişafı, gənclərə öz biznesini yaratmaqda dəstək verməkdən və bunun üçün effektiv platforma yaratmaqdan ibarətdir.
Yeni start götürən “from Start to Smart” layihəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin tərəfdaşlığı, New World proqramı və Coca-Cola Fondunun maliyyə dəstəyi ilə icra olunacaq. Layihə gənclər arasında sahibkarlığın inkişafına və bu istiqamətdə startaplara yönəlməklə yanaşı, həm də su problemləri və onların innovativ həllini nəzərdə tutur.
Ölkədəki mövcud su ehtiyatlarının düzgün idarə olunması və bütün regionlar üzrə su probleminin innovativ həllinə yönələn layihə yeni iş imkanları yaradacaq.
Sonda layihəyə dair fikir mübadiləsi aparılıb.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?