11 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Daha 30 şəhid ailəsi və müharibə əlilinə yeni mənzillər təqdim edilib

Prezident İlham Əliyevin şəhid ailələrinə və müharibə əlillərinə xüsusi qayğısı nəticəsində yaxın 5 ildə həmin kateqoriyadan olan daha 11 min şəxs mənzil və fərdi evlə təmin olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, bu fikir Bakının Ramana qəsəbəsindəki yeni yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə daha 30 mənzilin təqdim olunması zamanı bildirilib.

Tədbirdə Sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İbrahimov, “Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev və başqaları iştirak ediblər.

Qeyd olunub ki, şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı hər il daha da genişlənir. Buna misal olaraq 2018-ci ildə 626, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934, 2020-ci ildə 70 faizə yaxın çox olmaqla 1572 mənzil və fərdi ev verilib. Dövlət başçısının Sərəncamı ilə 2021-2025-ci illərdə 11 min, o cümlədən 2021-ci ildə 3 min şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq. Bu il artıq 200 mənzil təqdim olunub.

Mənzillərlə təmin edilən şəhid ailələri və müharibə əlilləri onlara göstərilən yüksək qayğıya, şəhid ailələri və müharibə əlilləri ilə əlaqədar geniş miqyas alan sosial dəstək tədbirlərinə, həmçinin yeni mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?