19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Şəhid həmkarımızın xatirəsi ehtiramla anılıb

Bu gün Vətən Müharibəsi şəhidi Asəf Nəsibovun doğum günüdür.

İqtisadiyyat Nazirliyinin kollektivi Qazax rayonunda şəhidin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.

İgidimiz Asəf Səfəralı oğlu Nəsibov 1994-cü il fevralın 25-də Qazax rayonunun Qaymaqlı kəndində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasında Kimya mühəndisliyi ixtisasına yiyələnib.

Qəhrəmanımız İqtisadiyyat Nazirliyinin tabeliyində “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də baş mütəxəssis vəzifəsində işləyib. Qısa müddətdə peşəkarlığı və zəhmətsevərliyi ilə fərqlənib, həmçinin öz davranışı və nizam-intizamı ilə kollektivin rəğbətini qazanıb.

2015-2016-cı illərdə həqiqi hərbi xidmət keçib, 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.

Könüllü olaraq cəbhəyə getmək üçün müraciət edən Asəf Nəsibov Vətən Müharibəsinin ilk günlərində hərbi xidmətə çağırılıb. Azərbaycan gəncinin millətinə, dövlətinə və torpağına bağlılığının bariz nümunəsi, vətənpərvərliyi ilə gələcək nəsillərə örnək olan Asəf Nəsibov Cəbrayıl, Qubadlı və Laçın rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 29-da Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Asəf Nəsibov döyüşlərdə göstərdiyi igidlik və şücaətə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə, “Laçının azad olunmasına görə” “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?