19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gənclərdən maraqlı təşəbbüs

Gənc könüllülər "ƏDV geri al" mövzusunda maarifləndirmə tədbiri keçiriblər

Cari ilin may ayından etibarən pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması prosesi həyata keçirilir. Bu sistem vasitəsilə, supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə də ödənilmiş ƏDV-nin bir hissəsi istehlakçılara qaytarılır. Bu sahədə görülən işlər çərçivəsində Dövlət Vergi Xidməti qeyd olunan prosesin şəffaf, sürətli və effektiv keçirilməsini təmin etmək məqsədilə istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portal (www.edvgerial.az) istifadəyə verib. Portalın istifadəçiləri üçün çeklərdə olan məlumatların daxil edilməsi, alış-veriş barədə məlumatın əldə olunması, vəsaitlərin idarə olunması və digər imkanlar yaradılıb.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar Nümayəndəliyinin təşəbbüsü ilə rayon ərazisində yaşayan vətəndaşlar arasında ƏDV-nin geri qaytarılması prosesi ilə bağlı maarifləndirici tədbir keçirilib. Təşkilatın gənc könüllüləri vətəndaşlara “ƏDV geri al” portalının fəaliyyəti barədə ətraflı məlumat veriblər. Maarifləndirmə zamanı onlara portalda qeydiyyat, şəxsi kabinetin yaradılması, portaldan istifadə qaydaları praktiki izah olunub.

Könüllülər maarifləndirmə işini mağaza və ictimai iaşə obyektlərinin yaxınlığında, vətəndaşların alış-veriş etdiyi müxtəlif məkanlarda və ictimai yerlərdə aparıblar. ƏDV-nin geri qaytarılması prosesi ilə yaxından tanış olan vətəndaşların bəziləri könüllülərin köməyi ilə portalda qeydiyyatdan keçiblər və alış-veriş çeklərini sistemə daxil edərək prosesi canlı izləyiblər. Vətəndaşlara məlumat verilib ki, istehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çekinin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə 10 faizi alıcının elektron kabineti açılarkən yaradılmış virtual “pul qabı”na yerləşdirilir. İstifadəçilər toplanmış vəsaitlə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər.

Maaifləndirici tədbir çərçivəsində könüllülər vətəndaşların suallarını cavablandırıb və onları alış-veriş zamanı kassa çeklərini tələb edərək ictimai nəzarətin təmin olunmasında fəal olmağa çağırıblar.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?