15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Müavinət

İşəgötürən işçini ixtisar etdiyi halda işçiyə xəbərdarlıq müddəti əvəzinə əməkhaqqı verilir. Bu zaman işdənçıxarma müavinəti də ödənilməlidirmi?

İqtisadçı ekspert Anar Bayramov bildirib ki, karantin rejimində bəzi hallarda işəgötürən müəyyən qrup işçilərin ixtisarına qərar verir. Bəs işçinin xəbərdarlıq müddəti əvəzinə ödəniş alması prosesi necə baş verir?

Misal: İşəgötürən pandemiyanın təsiri nəticəsində orta aylıq əməkhaqqı 400 manat, iş stajı 1 ilədək olan işçinin ixtisar edilməsinə qərar verir. İşəgötürən işçinin razılığı ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə, orta aylıq əməkhaqqının 0,5 mislini bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verir.

Burada maraq doğuran sual budur ki, işəgötürən bu ödənişlə yanaşı, işçiyə Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında işdənçıxma müavinətini ödəməlidirmi?

Bəzi ekspertlər hesab edirlər ki, işçi xəbərdarlıq müddətini gözləmədən iki həftə işləməklə həm əməkhaqqı, həm də işdənçıxma müavinətini almalıdır. İşəgötürəni qane edir ki, işçi iki həftə işə gəlməsin, bunun müqabilində ona həm xəbərdarlıq əvəzinə ödənişi, həm də işdənçıxma müavinətini ödəsin.

Digər mövqeyə görə, xəbərdarlıq əvəzinə verilən ödəniş elə işdənçıxma müavətini əvəz etdiyi üçün işçiyə hər hansı əlavə ödəniş olunmasına ehtiyac yoxdur.

Əmək Məcəlləsinin 77-ci maddəsində işçinin əmək müqaviləsinə ştatların ixtisarı ilə əlaqəlar xitam verildikdə təminat olaraq xəbərdarlıq müddəti əvəzinə əməkhaqqının və işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulur və bu ödənişlərin hər ikisi işçiyə verilməlidir.
İşçi xəbərdarlıq müddətində işləmək istəməsə, öz arzusu ilə xəbərdarlıq müddətini gözləmədən bu müddət üçün (və ya xəbərdarlıq müddətinin qalan mütənasib hissəsi üçün) müəyyən edilən orta əməkhaqqını ala və işdən azad ola bilər. Adətən, bu, işçi özünə yeni iş tapanda baş verir. Bu halda, işdənçıxarma müavinəti də mütləq ödənilməlidir.

Fəxriyyə İKRAMQIZI

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?