1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Əmək Məcəlləsinə əlilliyi olan şəxslərlə bağlı əlavələr hazırlanır

Əmək Məcəlləsinə əlilliyi olan şəxslərlə bağlı əlavələr hazırlanır

Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair yeni Qanun layihəsində Məcəlləyə əlilliyi olan şəxslərin əmək münasibətləri sahəsində hüquqlarının daha dolğun şəkildə təsbit olunmasına yönələn yarımbəndin əlavə edilməsi nəzərdə tutulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, layihədə işəgötürənin əsas vəzifələri sırasına “əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşə, vəzifə) keçirilməsinə yol verməmək” məzmununda yarımbəndinin daxil edilməsi də yer alıb.

Bununla Məcəllənin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunun müvafiq maddəsi ilə uyğunluğu da təmin olunacaq.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?