1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
600 min aztəminatlı şəxsə aprel ayı üzrə birdəfəlik ödənişlər edilib

600 min aztəminatlı şəxsə aprel ayı üzrə birdəfəlik ödənişlər edilib

İşsiz və xüsusi karantin rejiminə görə qazancını itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min aztəminatlı şəxsə aprel ayı üzrə birdəfəlik ödənişlər edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev müsahibəsində birdəfəlik ödəmə (190 manat) proqramı ilə əhatə olunan şəxslərin cins, bölgə və yaş qrupları üzrə bölgüsü barədə məlumat verib. Nazir bildirib ki, onların 55 faizini kişilər, 45 faizini isə qadınlar təşkil edir.

S.Babayev bildirib ki, birdəfəlik ödəmə verilənlərin 25 faizi Bakı, 4 faizi Sumqayıt və 3 faizi Gəncə şəhərlərində yaşayanlardır. Qalan 68 faizi isə respublikanın digər bölgələrinin sakinləridir.

Nazir, həmçinin birdəfəlik ödəmə verilənlərdən 8 faizinin 20 yaşa qədər, 42 faizinin 20-30 yaş arası, 25 faizinin 30-40 yaş arası, 14 faizinin 40-50 yaş arası olanlar, qalan 11 faizinin isə 50 yaşdan yuxarı şəxslər təşkil etdiyini bildirib.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?