1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycanda pandemiya ilə əlaqədar həyata keçirilən iqtisadi və sosial dəstək tədbirləri Beynəlxalq Əmək Təşkilatının saytında dərc olunub

Azərbaycanda pandemiya ilə əlaqədar həyata keçirilən iqtisadi və sosial dəstək tədbirləri Beynəlxalq Əmək Təşkilatının saytında dərc olunub

Azərbaycanda pandemiya dövründə iqtisadiyyata, sahibkarlığa, məşğulluğa və sosial rifaha dəstək məqsədilə həyata keçirilən genişmiqyaslı dəstək tədbirləri Beynəlxalq Əmək Təşkilatının saytında dərc olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, saytda pandemiyanın qarşısının alınması və onun iqtisadiyyata, məşğulluğa sosial rifaha mənfi təsirlərinin azaldılması üçün dünya ölkələrində aparılan siyasət və görülən işlərlə bağlı hər bir ölkə üzrə ayrıca bölmə üzrə məlumatlar yer alıb. Azərbaycanla bağlı altbölmədə (https://www.ilo.org/global/topics/coronavirus/country-responses/lang--en/index.htm#AZ) də ölkəmizdə milli iqtisadiyyatın stimullaşdırılması, sahibkarların dəstəklənməsi, iş yerlərinin, məşğulluğun və işçilərin əməkhaqqı gəlirlərinin qorunması, işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlıların birdəfəlik ödəmə ilə təmin edilməsi istiqamətində görülən tədbirlər qeyd edilir.
Həmçinin ölkəmizdə ödənişli ictimai işlər, özünüməşğulluq, ünvanlı dövlət sosial yardımı, işsizlikdən sığorta ödənişləri və digər sosial proqramlarının əhatə dairəsinin genişləndirilməsi və s. istiqamətlərdə atılan addımlar təqdim edilir.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?