23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bu ilin ilk rübündə 30 minədək vətəndaşa elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

Bu ilin ilk rübündə 30 minədək vətəndaşa elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

Bu il sosial təminat növləri üzrə təyinatların elektron qaydada aparılması işləri davam etdirilib. Yanvar-mart aylarında e-qaydada 5 min 600 nəfərə pensiya, 24 min nəfərə isə müavinət-təqaüd təyin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, ümumilikdə ötən il və bu ilin ilk rübündə 65 minə yaxın vətəndaşa həmin sosial təminat növlərinin e-qaydada təyinatı aparılıb.
Bununla da onların hansısa quruma müraciət etməsinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan, onlara e-qaydada pensiya, müavinət və təqaüd təyin olunub.

Ötən il ölkəmizdə pensiya, müavinət və təqaüdlərin, ümumilikdə, 21 sosial təminat növünün avtomatlaşdırılmış təyinat sistemləri işə salınıb. Ötən il bu proaktiv xidmətlər vasitəsilə 15 min nəfərə elektron qaydada pensiya, 20 min nəfərə e-qaydada müavinət-təqaüd təyin edilib.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması