1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Xüsusi karantin rejimi dövründə əlillik müddəti başa çatan şəxslər üçün həmin müddət uzadılıb

Xüsusi karantin rejimi dövründə əlillik müddəti başa çatan şəxslər üçün həmin müddət uzadılıb

Koronavirus pandemiyası ilə mübarizə şəraitində həssas əhali qruplarının, o cümlədən əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi diqqətdə saxlanılır.

Nazirlər Kabinetinin yeni Qərarı bu məqsədə xidmət edən növbəti addımdır.

Qərara əsasən, 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, onlara əlilliyə görə təyin olunmuş aylıq müavinətin və ya pensiyanın, habelə onlardan 1-ci dərəcə əlilliyi olanlara, sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlərə təyin olunmuş aylıq təqaüdün ödənişi də xüsusi karantin rejimi müddətində davam edəcək.

Həyata keçirilən bu sosial müdafiə tədbiri əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial hüquqlarlının təminatı və rifahının dəstəklənməsi sahəsində aparılan işlərin hazırkı xüsusi karantin rejimi müddətində də davam etdirildiyini göstərir.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?