11 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Son 10 gün ərzində əmək müqavilələrinin sayında ciddi artım qeydə alınıb

Dövlət sektorunda əmək müqaviləsi ilə 910 min insan çalışır. Onların hər biri sosial müdafiə tədbirləri ilə əhatə olunub. Bütün dövlət qurumlarına müvafiq tapşırıq verilib və hər hansı əsassız ixtisarlara yol verilmir. Müəyyən edilmiş kvota çərçivəsində həyati vacib qurumların fəaliyyətini davam etdirməsi üçün minimal sayda işçi işə cəlb olunub. Digərləri isə əməkhaqqı saxlanılmaqla məzuniyyətə göndərilib. Onların gəlirlərinin davamlılığı təmin edilir.

Martın 23-nə olan məlumata görə, qeyri-dövlət sektorunda əmək müqaviləsi ilə işləyən insanların sayı 660 min nəfər idi. Onların qorunması üçün də işəgötürənlərlə ciddi şəkildə iş aparıldı.

Sevindirici haldır ki, son on gün ərzində əmək müqavilələrinin sayında ciddi artım qeydə alınıb.

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev aprelin 7-də “Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Sərəncamına əsasən məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər" mövzusunda keçirilən mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, sahibkarlar həm dövlətin göstərəcəyi dəstək tədbirləri, həm də digər inzibati tədbirlər nəticəsində ixtisarlara yol vermədilər, öz işçilərini qorumağa çalışdılar, onlara ödənişli məzuniyyət verdilər. Yəni hansı sahələrin fəaliyyətinin davam etdirilməsinə icazə verilibsə, onlar davam etdilər, hansıların ki, fəaliyyəti dayandırılıb onlar da ödənişli məzuniyyətə göndərildilər. Bu da insanların gəlirlərinin azalmasına imkan vermədi. “Ümumilikdə əmək müqavilələri sistemi üzərindən nazirlik tərəfindən gündəlik monitorinq aparılır. Ləğv edilən hər bir əmək müqaviləsi üzrə işəgötürən, sahibkar, şirkətlə müzakirə aparılır. Onların obyektiv əsaslı səbəbləri olduğunu müəyyən etməyə çalışırıq. Sahibkarlara veriləcək bütün dövlət dəstəyi tədbirlərinin onların bu dövr ərzində işçilərin ixtisarına yol verməyəcəyi, işçilərin sosial müdafiəsinə zərər vuran addımlar atılmayacağı halda onlara çatacağı diqqətə çatdırılır. Bu tədbirlər nəticəsində hazırda qeyri-neft sektorunda əmək müqaviləsi ilə çalışan 690 min nəfəri əhatə edə bildik”.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?