1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
MİDA tezliklə yeni sosial evlər kompleksini vətəndaşlara təklif edəcək

MİDA tezliklə yeni sosial evlər kompleksini vətəndaşlara təklif edəcək

2017-ci il dekabrın 24-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi Hövsan Yaşayış Kompleksinin ilk 7 mərtəbəli yaşayış binasının təməlqoyma mərasimi keçirilib. Bakının Suraxanı rayonunda, Hövsan qəsəbəsinin yaxınlığında 20 hektar ərazidə inşa olunan Hövsan Yaşayış Kompleksində tikinti-quraşdırma işləri yekunlaşdırılıb.

MİDA-dan bildirilib ki, kompleks ümumilikdə 2962 mənzil olmaqla 11 yaşayış binasından ibarətdir. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə vətəndaşlara təklif olunacaq. Mənzillərin layihələndirilməsi zamanı ölkəmizin şəhərsalma təcrübəsində ilk dəfə olaraq böyük əsas həyətlərlə yanaşı, Avropanın cənub şəhərlərində geniş tətbiq olunan kiçik daxili həyətlər də planlaşdırılıb. Bununla da bütün mənzillərin təbii havalandırılması mümkün olacaq.
Hövsan Yaşayış Kompleksinin ərazisində çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şərait yaradılıb, geniş həyətlər və uşaq oyun meydançaları tikilib, yaşıllıqlar salınıb. Eləcə də, kompleksin ərazisində hər biri 90 yerlik olmaqla iki uşaq bağçası, 1920 şagird yerlik bir ümumtəhsil məktəbi və tibb mərkəzi tikilib.

Yaxın zamanlarda mənzillərin satışı barədə elan veriləcək.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?