1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
1 milyon 500 mindən çox vətəndaşın istifadə etdiyi 15 növ "e-arayış" xidməti

1 milyon 500 mindən çox vətəndaşın istifadə etdiyi 15 növ "e-arayış" xidməti

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 13 yeni "e-arayış" xidməti əhalinin istifadəsinə verilib və nazirliyin "e-arayış" xidmətlərinin sayı 15-ə çatıb. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, həmin xidmətlər sırasına iş yerinə dair, əlilliyə dair, müavinətlə təminedilmə barədə, təqaüdlə təminedilmə barədə, pensiya ilə təminedilmə barədə, maddi yardımla təminedilmə barədə, şəhid vərəsələrinin birdəfəlik ödəmə alması barədə, dövlət tərəfindən avtomobillə təminolunma barədə, dövlət tərəfindən mənzillə təminat barədə, ünvanlı dövlət sosial yardımının təyinatı barədə, ünvanlı dövlət sosial yardımının ödənişi barədə, fərdi şəxsi hesab barədə, məşğulluq altsistemindən, torpaq pay mülkiyyətçisi barədə və şəxsin fərdi uçot sistemində qeydiyyata alınması barədə "e-arayış" xidmətləri daxildir.

"E-arayış" xidmətləri ildə 1 milyon 500 mindən çox vətəndaşın nazirliyin fəaliyyət sahələri üzrə onlara dair arayışları hansısa quruma müraciət etmədən, elektron qaydada və real vaxt rejimində rahat şəkildə əldə etməsinə imkan verir.

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 15 növdə "e-arayış" xidmətinin hazırlanaraq istifadəyə verilməsi və nazirliyin e-arayış xidmətlərinin sayının 30-a çatdırılması nəzərdə tutulur.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?