1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan fəal yaşlanma indeksinə maraq göstərən ilk ölkələrdəndir

Azərbaycan fəal yaşlanma indeksinə maraq göstərən ilk ölkələrdəndir

BMT Əhali Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi" adlı birgə layihəsi icra olunur. Nazirlikdən verilən məlumata görə, Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə icra olunan layihə çərçivəsində ölkədə Fəal Yaşlanma İndeksinin hazırlanması da nəzərdə tutulur. Fəal Yaşlanma İndeksi yaşlı insanların fəal və sağlam yaşlanma potensialının qiymətləndirilməsi və ölçülməsi məqsədinə xidmət edir.

Həmin İndeksin hazırlanması ilə əlaqədar ölkəmizdə səfərdə olan beynəlxalq ekspert Asgar Zaidi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş olub. A.Zaidi Fəal Yaşlanma İndeksi haqqında ətraflı məlumat verib. O, Avropa və Cənub-Şərqi Asiyanın 35 ölkəsində fəal yaşlanma indeksinin tətbiq edildiyini bildirib. Azərbaycanın Şərqi Avropa və Mərkəzi Asiya regionunda fəal yaşlanma indeksinə maraq göstərən və bu təşəbbüslə çıxış edən ilk ölkə olduğunu vurğulayıb.

A.Zaidi Fəal Yaşlanma İndeksinin üstünlüklərini qeyd edib. Bildirilib ki, bu indeksə malik olan ölkələr beynəlxalq müstəvidə həm özlərinin, həm də digər ölkələrin müvafiq ölçü meyarlarını müqayisə edə bilir. Nəticədə hansı spesifik sahələrin təkmilləşdirilməsi zəruriliyini və bununla bağlı hansı qabaqcıl təcrübələrin öyrənilməsinin müəyyən edilməsi imkanına malik olurlar.

Görüşdə İndeksin hazırlanması məsələlərinə dair müzakirələr aparılıb.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?