3 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əlilliyi olan şəxsləri işə qəbul etməli olan işəgötürənlərin müəyyən olunmasına başlanılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin məşğulluq problemlərinin həlli istiqamətində bir sıra layihələr hazırlayıb. Məşğulluq haqqında qanunda və Əmək Məcəlləsində əlilliyi olan şəxslərin sosial müdafiəsi, onların məşğulluğunun təmin edilməsi ilə bağlı xüsusi normalar mövcuddur. Burada əlillərin işə düzəlməsi ilə bağlı kvotalar müəyyən edilib. Əlilləri işə düzəltmək üçün kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün idarə, müəssisə və təşkilatlar sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu kvota daxilində təmin etməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, gələn ildən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi vasitəsilə əlilliyi olan şəxsləri işə qəbul etməli olan işəgötürənlərin müəyyən olunmasına başlanılacaq. Bu sistem iş yerlərinin sayını da tam elektron şəkildə müəyyənləşdirməyə imkan yaradacaq. Bununla da əlillərin məşğulluq probleminin həll edilməsinə həm diqqət, həm də nəzarət artırılacaq.

Anar Əliyev qeyd edib ki, 2019-cu ildə özünüməşğulluq proqramı vasitəsilə təxminən 2 minə yaxın əlilliyi olan şəxs işlə təmin olunub. Eyni zamanda məşğulluq mərkəzləri tərəfindən 2.100-ə yaxın əlilliyi olan şəxsin işə düzəlməsinə köməklik göstərilib. Bundan başqa əlilliyi olan şəxslərin peşə, bilik və bacarıqlarının artırılması məqsədilə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ardıcıl tədbirlər görülür: "Aktiv məşğulluq tədbirləri çərçivəsində əlilliyi olan şəxslər peşə hazırlıq kurslarına cəlb olunur. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində 1 saylı sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi fəaliyyət göstərir və burada hər il 300-ə yaxın şəxsə müxtəlif peşələr üzrə təlimlər keçirilir".

Anar Əliyev əlavə edib ki, mütəmadi olaraq təşkil olunan satış sərgilərində əlilliyi olan şəxslər tərəfindən hazırlanan müxtəlif əl işləri satılır. Bu məhsulların satışının daimi təşkil olunması məqsədilə elektron platformanın hazırlanması üzərində iş aparılır. Bundan sonra əlilliyi olan şəxslər hazırladıqları əl işlərini elektron ticarət platformasında da sata biləcəklər.

Səbuhi TURAN

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması