Azad edilmiş ərazilərdə daha 105 sakin üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar qurulub
İşğaldan azad edilmiş ərazilərimizdə özünüməşğulluq proqramının icrası davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bu dəfə Ağdərə, Ağdam, Xocalı, Cəbrayıl, Xocavənd və Laçın rayonlarında daha 105 sakinə proqram çərçivəsində aktivlər təqdim edilib. Verilən aktivlər hesabına kiçik təsərrüfatlar yaradılıb.
Ümumilikdə işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərdən artıq 1116 sakin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları qurub.
