12 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Yanvar-sentyabr aylarında 1,692 milyard manat müavinət və təqaüd ödənilib

Yanvar-sentyabr aylarında 1,692 milyard manat müavinət və təqaüd ödənilib

Bu ilin yanvar-sentyabr aylarında 1,129 milyon şəxsə 1,692 milyard manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib. Onlardan:

- 521 min nəfərə müavinət olaraq 951 milyon manat,

- 408 min nəfərə Prezident təqaüdü olaraq 609 milyon manat,

- 200 min nəfərə sosial sığorta hesabına müavinət olaraq 132 milyon manat
ödəniş həyata keçirilib.

Ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən müavinətlər üzrə 10 faiz, təqaüdlər üzrə 11 faiz, sosial sığorta hesabına müavinətlər üzrə 4 faiz çox olub.

Bu ilin 9 ayında daha 110 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 990 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi?