23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29,3 milyard manatı ötüb

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29,3 milyard manatı ötüb

2026-cı ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub.

Maliyyə Nazirliyinin məlumatına görə, bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 984 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.
Cari ilin yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin gəlirləri 29 312,1 milyon manat təşkil edib ki, bu da proqnozu 787,7 milyon manat və ya 2,8 faiz üstələyib. Dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 169,7 milyon manat və ya 0,6 faiz çoxdur.

Yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin xərcləri 25 348,2 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 680,0 milyon manat və ya 2,8 faiz çoxdur.

2026-cı ilin yanvar-sentyabr ayları ərzində icmal büdcənin gəlirləri 36 730,8 milyon manat, xərcləri isə 30 089,9 milyon manat məbləğində icra edilib.

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?