29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Sığorta haqqını hesabla” adlı yeni rəqəmsal funksionallıq istifadəyə verilib

“Sığorta haqqını hesabla” adlı yeni rəqəmsal funksionallıq istifadəyə verilib

İcbari Sığorta Bürosu (İSB) sığorta xidmətlərinin rəqəmsallaşdırılması, informasiya sistemləri arasında məlumat mübadiləsinin genişləndirilməsi və vətəndaşların sığorta məlumatlarına çıxış imkanlarının artırılması istiqamətində tədbirləri davam etdirir. Bu çərçivədə “Sığorta haqqını hesabla” adlı yeni rəqəmsal funksionallıq istifadəyə verilib.

“vergiler.az” İSB-yə istinadən xəbər verir ki, yeni xidmət vətəndaşlara avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqını real vaxt rejiminə uyğun olaraq onlayn hesablamaq imkanı yaradır. Bu xidmət vasitəsilə vətəndaşlar mülkiyyətlərində olan və ya digər qanuni əsaslarla istifadə etdikləri nəqliyyat vasitələri üzrə sığorta haqqını əvvəlcədən hesablaya və məbləğin formalaşmasına təsir edən əsas göstəricilər barədə məlumat əldə edə bilərlər.

Rəqəmsal funksionallıq İSB-nin www.isb.az rəsmi internet səhifəsindəki şəxsi kabinet vasitəsilə təqdim olunur. Xidmətdən yararlanmaq üçün istifadəçilər “Daxil ol” bölməsindən şəxsi kabinetə elektron imza vasitələri – myGov ID, SİMA İmza, Asan İmza və ya Elektron imza (e-imza) ilə daxil olmalıdırlar. İstifadəçi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını və qeydiyyat şəhadətnaməsinin nömrəsini daxil etdikdən sonra sığorta haqqının hesablanması üçün zəruri məlumatlar aidiyyəti dövlət qurumlarının və İSB-nin informasiya sistemlərindən avtomatik əldə edilir. Hesablama nəticəsində istifadəçiyə yekun sığorta haqqı ilə yanaşı, məbləğin formalaşmasına təsir edən əsas göstəricilər, o cümlədən sığortalı günlərin sayı və tətbiq olunan sığorta tarixçəsi əmsalı barədə məlumat təqdim olunur.

Yeni xidmət vətəndaşlara sığorta müqaviləsi bağlamazdan əvvəl sığorta haqqı və həmin məbləğin formalaşmasına təsir edən əsas göstəricilər barədə məlumat əldə etmək imkanı verir.

Bundan əlavə, İSB-nin www.isb.az rəsmi internet səhifəsi vasitəsilə təqdim olunan şəxsi kabinet də yenilənərək ekran görünüşü və funksional imkanları təkmilləşdirilib. Yenilənmiş şəxsi kabinet vasitəsilə artıq sığortalılar qüvvədə olan icbari sığorta müqavilələri barədə məlumatları daha rahat əldə edə, o cümlədən sığorta müqaviləsinin bitmə tarixini öyrənə bilərlər. Aparılan yeniliklər sığorta məlumatlarına çıxışı asanlaşdırır və rəqəmsal xidmətlərdən istifadə imkanlarını genişləndirir.

VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?