24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
ƏMAS-da əmək müqaviləsinə dəyişikliklərin təsdiqi ilə bağlı yeni qayda qüvvəyə minib

ƏMAS-da əmək müqaviləsinə dəyişikliklərin təsdiqi ilə bağlı yeni qayda qüvvəyə minib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) əmək müqavilələrinə edilən dəyişikliklərin elektron qaydada təsdiqlənməsi ilə bağlı yeni mexanizm tətbiq olunub.

Yeni qaydaya əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə edilən hər bir dəyişiklik 48 saat ərzində həm işəgötürən, həm də işçi tərəfindən elektron qaydada imzalanmalıdır.

Müəyyən edilmiş müddətdə tərəflərdən biri sənədi təsdiqləmədiyi halda, sistem dəyişiklik layihəsini avtomatik olaraq "Ləğv edilmiş əmək müqavilələri" bölməsinə yönləndirir. Bu halda dəyişiklik hüquqi qüvvəyə minmir və əmək müqaviləsində heç bir yenilənmə baş vermir.

Bu səbəbdən işəgötürənlərə və işçilərə ƏMAS üzərindən göndərilən əmək müqaviləsi dəyişikliklərini mütəmadi izləmələri və onları 48 saat ərzində elektron qaydada təsdiqləmələri tövsiyə olunur.Tətbiq edilən yeni mexanizm əmək münasibətlərinin elektron mühitdə daha operativ idarə olunmasına, sənədlərin rəsmiləşdirilməsi prosesinin sürətləndirilməsinə və imzalanma zamanı yarana biləcək gecikmələrin aradan qaldırılmasına xidmət edir.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?