29 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Övladlığa uşaq götürmüş şəxslər üçün hansı güzəştlər var?

Övladlığa uşaq götürmüş şəxslər üçün hansı güzəştlər var?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, övladlığa uşaq götürmüş şəxslər aylıq sosial müavinətlə (3-18 yaş arası hər uşağa görə 240 manat, əlilliyi olan hər uşağa görə 600 manat) təmin edilməklə yanaşı, onlar sosial təminat, əmək, vergi münasibətləri sahələrində bir sıra güzəştlərə də malikdirlər:

- valideyn himayəsindən məhrum olmuş 8 yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan qadınların və kişilərin 5 il erkən yaşa görə pensiya və ya yaşa görə müavinət hüququ var;

- əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlar, bu yaşadək üç və daha çox uşağı, yaxud əlilliyi olan uşağı olan qadınlar üçün nəzərdə tutulan əlavə məzuniyyət uşaqları övladlığa götürmüş şəxslərə də şamil olunur;

- iki aylığadək yaşında uşağı övladlığa götürən qadınların doğuşdan sonra müəyyən edilmiş 56 günlük ödənişli sosial məzuniyyətdən istifadə etmək hüququ var.

- üç yaşadək uşağı övladlığa götürən qadınların 3 yaşadək uşağa qulluğa görə qismən ödənişli məzuniyyətdən istifadə etmək hüququ var;

- əlilliyi olan uşağı övladlığa götürən valideynlərin birinin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat azaldılır.

Eyni zamanda övladlığa götürülmüş uşaqlar ailə başçısını (onları övladlığa götürmüş şəxsləri) itirdikdə, ailə başçısını itirməyə görə aylıq sosial ödənişlə (pensiya və ya müavinət) təmin edilirlər. Habelə valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülmüş uşaqlar ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqları dövlət büdcəsi vəsaiti hesabına ödənilir.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?