30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İş vaxtı rejiminin müəyyən edilməsi qaydaları

İş vaxtı rejiminin müəyyən edilməsi qaydaları

İş vaxtı rejiminin müəyyən edilməsi barədə mövzunu “vergiler.az”a insan resursları üzrə ekspert Ramin Hacıyev şərh edir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 95-ci maddəsinin 2-ci hissəsində iş vaxtının rejimi və onu müəyyən edən qaydalardan bəhs edilir. Belə ki, həmin maddənin tələbinə görə, iş vaxtının rejimi və onu müəyyən edən qaydalar işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir.

Təcrübədə əmək müqaviləsi bağlanarkən tətbiq edilən iş rejimi, yaxud iş vaxtı rejimini müəyyən edən daxili qaydalar hazırlanarkən 95-ci maddənin 2-ci hissəsinin tələbinə uyğun əmr (sərəncam, qərar) tərtib olunmur. Bu isə qanunvericiliyin tələbinin pozulması hesab olunur. Gələcəkdə iş vaxtının müəyyən edilməsi ilə bağlı məhkəmə mübahisəsi olarsa, iş vaxtının rejimi və onu müəyyən edən qaydaların təsdiq edilməsinə dair işəgötürənin əmri (sərəncamı, qərarı) olmazsa, məhkəmə tərəfindən işəgötürənin əleyhinə qərar verilə bilər. Həmçinin iş rejimi ilə bağlı işçi tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət olunarsa, o zaman İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən cərimə riski yaranır.

İş vaxtının rejimi və onu müəyyən edən qaydaları tətbiq etməzdən öncə bu qaydalar mütləq işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilməlidir. Həmin əmrə əsasən, şirkətdə iş rejimi haqqında qaydalar hazırlana bilər.

Bildirmək istəyirəm ki, qeyd olunan əmr bütün iş rejimində fəaliyyət göstərən müəssisələrə şamil edilir (beşgünlük, altıgünlük, növbəli, iş vaxtının cəmlənmiş uçotu və digər rejimlər).

Əmrin məzmununda müəssisədə işçilərin hansı iş rejimində çalışacaqları, işin başlama və bitmə vaxtları, gündəlik və həftəlik istirahət vaxtları barədə məlumat qeyd olunmalıdır.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?