17 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmək müqaviləsinin vaxtında qeydiyyata alınmaması hansı risklər yaradır?

Əmək qanunvericiliyinin tələbinə əsasən, əmək münasibətləri əmək müqavilələri bildirişləri elektron informasiya sistemində gücləndirilmiş elektron imza vasitəsilə qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Bəs bu qaydalara əməl edilməməsi hansı məsuliyyət yaradır? “vergiler.az”ın sualına insan resursları üzrə ekspert Ramin Hacıyev aydınlıq gətirir:

Ölkədə kadr resurslarının vahid elektron bazada toplanması, qeyri-formal məşğulluğun qarşısının alınması və əmək münasibətlərinə nəzarət etmək məqsədilə 10 may 2022-ci il tarixdə Əmək və Məşğulluq Altsistemi (ƏMAS) istifadəyə verilib. Əmək müqaviləsi bildirişi elektron informasiya sistemində qeydiyyata alındıqdan və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra hüquqi qüvvəyə minir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci bəndinə əsasən, siyahısı Azərbaycan Respublikasının Prezindenti tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır.

Əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi və xitam verilməsi, o cümlədən yeni yaradılmış və boş ştatların məşğulluq altsisteminə göndərilməsi ƏMAS vasitəsilə həyata keçirilir. Bununla əlaqədar həmin əməliyyatların vaxtında və qanunverciliyin tələbinə uyğun həyata keçirilməməsi gələcəkdə məsuliyyət yaradır.

Misal 1: ƏMAS-da işçi işə qəbul edilərkən işə başlama tarixi 20 may 2023-cü il qeyd olunmasına baxmayaraq, müqavilə 21 mart 2023-cü il tarixdə qeydiyyata alınıb. Bu, qanun pozuntusu hesab olunur.

Misal 2: Texniki və digər səbəblərdən müqavilə qeydiyyata alınmır və həmin bildiriş icrada olan bildirişlər reyestrində yerləşir. İnsan resusrları mütəxəssisi növbəti gün bildirişi imzalayarsa, bu da qanun pozuntusu hesab edilir. İcrada olan əmək müqaviləsi bildirişi ləğv edilib yenidən qeydiyyata alınarsa (işə başlama tarixi qeydiyyata alındığı tarixi yazmaq şərtilə), bu problemi texniki olaraq aradan qaldırmaq mümkündür.

Misal 3: ƏMAS-da yeni ştat (iş yeri) yaradılır və məşğulluq altsisteminə ştat məlumatları göndərilmədən işçinin əmək müqaviləsi qeydiyyata alınır. Bu da qanunvericiliyin tələblərinə zidd haldır.

Misal 4: Müəssisədə boş ştat yaranır, bir müddət sonra məşğulluq altsisteminə məlumat göndərilmədən həmin ştata işçi işə qəbul olunarsa, bu hal da qanunvericiliyin tələblərinə ziddir.

Qeyd edək ki, əmək müqaviləsi bildirişi qeydiyyata alınarkən işçinin işə başlama tarixi ilə bildirişin imzalandığı tarixi ya eyni tarix olmalı, ya da bildirişin imzalanma tarixi əvvəlki tarix olmalıdır. Əgər bildiriş işçi işə başladıqdan sonrakı tarixdə imzalanarsa, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, fiziki şəxslər 1.000 manatdan 2.000 manatadək, vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək, hüquqi şəxslər 20 min manatdan 25 min manatadək məbləğdə cərimə edilir. Bu formada qeydiyyata salınan 10 və daha çox işçi sayı olarsa, həmin fiziki şəxs və ya müəssisə üçün cinayət məsuliyyəti yaranır.

Vakansiyaların ƏMAS-da göstərilməməsi də cərimələrə səbəb ola bilər. Tutaq ki, müəssisədə 20.05.2024-cü il tarixdə yeni ştat (iş yeri) yaradılır. Məşğulluq altsisteminə vakansiya barədə məlumat göndərilmədən işə işçi qəbul olunarsa, yaxud boş ştat yarandığı tarixdən 5 iş günü müddətində boş ştat barədə məlumat məşğulluq altsisteminə göndərilməzsə, İnzibati Xətalar Məcəlləsinin 540.2-ci maddəsinə əsasən, vəzifəli şəxslər 500 manatdan 1.000 manatadək cərimə edilir. Əgər müəssisədə boş ştat varsa, 5 iş günü müddəti bitmədən həmin ştatların ƏMAS-da ləğv olunması daha məqsədəuyğundur.

VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir?