30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Hərbi və ya alternativ xidmətə çağırılan işçiyə nə qədər müavinət ödənilir?

Hərbi və ya alternativ xidmətə çağırılan işçiyə nə qədər müavinət ödənilir?

Qanunvericilikdə işçinin hərbi və ya alternativ xidmətə çağırılması zamanı ona orta əməkhaqqının bir neçə misli həcmində müavinət verilməsi nəzərdə tutulur. Mövzunu təlimçi ekspert Aqil Ağayev təhlil edir:
 

Əmək Məcəlləsinin 77-ci maddəsində işçinin hərbi və ya alternativ xidmətə çağırılması zamanı ona orta əməkhaqqının ən az iki misli miqdarında müavinətin ödənilməsi tələb edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun 50.1-ci maddəsində isə müavinətin orta əməkhaqqnın üç misli miqdarından az olmayaraq ödənilməsi yer alıb. Təcrübədə hər iki qaydada müavinətin ödənilməsi hallarına rast gəlinir.

Düzgün variantı müəyyən etmək üçün “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa uyğun yanaşmalıyıq. Qanunun 10.3-cü maddəsində göstərilib ki, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. Burada sahə normativ hüquqi akt dedikdə, Əmək Məcəlləsini üstün tutmalıyıq.

Orta əməkhaqqı hesablanması qaydası Əmək Məcəlləsinin 177-ci maddəsinə əsasən aparılır: işçinin orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölünməklə bir günlük əməkhaqqı tapılır və alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

Misal: 2023-cü ilin 30 aprel tarixində işçi hərbi xidmətə çağırılıb. Onun əməkhaqqı və iş günləri aşağıdakı kimidir:

Mart ayı - 17 iş günü, 1000 manat hesablanmış əməkhaqq;

Fevral ayı - 20 iş günü, 1.000 manat hesablanmış əməkhaqqı;

Aprel ayı - 18 iş günü.

1.000+1.000 = 2000 manat;

17 + 20 =37 gün;

2.000 : 37 = 54.05 manat (bir günlük orta əməkhaqqı);

54.05 x 18 = 972,9 manat (orta əməkhaqqı).

Beləliklə, işçi hərbi xidmətə çağırıldığı üçün ona orta əməkhaqqının iki misli məbləğində müavinət ödənilməlidir: 927.9 x 2 = 1945,8 manat.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?