30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ahıl şəxslər üçün tədbir keçirilib

Ahıl şəxslər üçün tədbir keçirilib

“Heydər Əliyev ili” münasibətilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün Bilgəh qəsəbəsində yerləşən sosial xidmət müəssisəsində Beynəlxalq Ahıllar Günü qeyd edilib.

DVX-dən “vergiler.az”a verilən məlumata görə, əvvəlcə Ulu Öndərin xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib, dahi şəxsiyyətin rəhbərliyi ilə cəmiyyətin rifahı və sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində aparılan islahatlar, dövlət himayəsində yaşayanlar üçün həyata keçirilən tədbirlər barədə məlumat verilib. Qeyd olunub ki, yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi, layiqli həyat şəraitinin təmin edilməsi, dövlət tərəfindən hərtərəfli təminatla əhatə olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Vurğulanıb ki, Prezident İlham Əliyev və birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı və məqsədyönlü fəaliyyəti dövlətimizin bu istiqamətdə həyata keçirdiyi siyasətin gerçəkləşməsində böyük əhəmiyyətə malikdir.

Ahıl insanlara göstərilən diqqət və qayğı bütün dövlət qurumları, o cümlədən Dövlət Vergi Xidməti tərəfindən də dəstəklənir, qurumun təşəbbüsü ilə yaşlı insanlarla görüşlər təşkil edilir, dəstəkləyici tədbirlər həyata keçirilir və onların qarşılaşdıqları məsələlər daim diqqətdə saxlanılır.

Tədbir çərçivəsində xüsusi musiqili proqram və maraqlı müsabiqələr təqdim edilib. Sosial xidmət müəssisəsinin sakinləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Sonda adıçəkilən müəssisəyə təkərli oturacaqlar, Ümummilli Lider barədə kitab, televizor və yaşıllıq zonası üçün dekorativ ağac hədiyyə edilib.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?