5 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşaxtaran və işsiz şəxslərin peşə hazırlığı ilə bağlı qaydalar təsdiq olunub

Nazirlər Kabinetinin təsdiq etdiyi "İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası"na əsasən, işaxtaran və işsiz şəxslər peşə hazırlığına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanları və ya "DOST" mərkəzləri tərəfindən cəlb edilirlər.
Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanları və ya "DOST" mərkəzləri tərəfindən cəlb olunmuş işaxtaran və işsiz şəxslərin peşə hazırlığı Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunur. Təhsil müddəti 6 aya qədər olan peşə hazırlığı peşə təhsilinin dövlət standartlarına uyğun həyata keçirilir. Peşə hazırlığını başa çatdırmış və ixtisas imtahanını müvəffəqiyyətlə vermiş müdavimlərə təhsil haqqında dövlət sənədi (sertifikat) verilir.

Xidmətin şəhər, rayon məşğulluq orqanları və ya Mərkəz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi (MEİS) "Məşğulluq" altsistemində (MAS) işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslərin lazımi peşə və ya ixtisası olmadığına görə onun üçün münasib işi seçmək mümkün olmadıqda, əvvəlki peşəsi (ixtisas) üzrə işləmək qabiliyyətini itirdikdə peşə hazırlığına cəlb edir. İşsiz şəxslərin peşə hazırlığı ödənişsiz təşkil olunur. Peşə hazırlığına cəlb olunmuş işsiz şəxslərə təhsil aldıqları dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilir. Xidmətin təklifi ilə bir şəhər və (və ya) rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidindən digərinə peşə kurslarına göndərilməsi ilə əlaqədar şəxsin çəkdiyi xərc (taksi xərcləri istisna olmaqla) kompensasiya edilir.

İşaxtaranlara və işsizlikdən sığorta ödənişini aldığı dövrdə peşə hazırlığına cəlb olunan işsiz şəxslərə təqaüd verilmir. İşaxtaranların peşə hazırlığı ödənişli həyata keçirilir. Bu məqsədlə Xidmətin şəhər, rayon məşğulluq orqanlarının və ya Mərkəzin vasitəçiliyi ilə təhsil müəssisəsi və işaxtaran arasında müvafiq müqavilə imzalanır.

Peşə hazırlığı aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:

  • işsizlikdən sığorta fondunun vəsaiti;
  • işəgötürənlərin vəsaiti;
  • işaxtaran şəxslərin şəxsi vəsaiti;
  • "Qrant haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən qrantlar, ianələr və yardımlar;
  • qanunvericiliklə qadağan olunmayan digər mənbələr.
Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu?