4 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vətəndaşlara yaşa görə hansı təminatlar verilir?

“vergiler.az” mövzu ilə bağlı hüquqşünas Şəhriyar Həbilovun şərhini təqdim edir.

Azərbaycan qanunvericiliyində son yaş dövrü kimi 65 yaşa uyğun olaraq pensiya sistemi formalaşıb. Bu yaş dövrü üçün başlıca tələblər və təminatları aşağıdakı kimi qruplaşdırmaq olar:

- Əmək qanunvericiliyinə görə, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və dövlət qulluğunda çalışmanın yaş həddi 65 yaşdır. Bu yaşdan sonra hər il üçün 1 illik və maksimum 5 dəfə olmaqla müqavilə bağlana bilər.

- 2021-ci il iyulun 1-dən kişilər, 2027-ci il iyulun 1-dən isə qadınlar 65 yaşına (hazırda 2023 iyulun 1-dən qadınlar 63 yaş) çatdıqda, onlara yaşa görə əmək pensiyası hüququnun yaranması müəyyən edilib. Bununla yanaşı, vəfat etmiş şəxsin 15 yaşından vəfat yaşına qədər keçən hər il üçün 4 ay stajı olubsa, mərhumun ata-anası, ər-arvadı yuxarıda göstərilən tarixlərə uyğun 65 yaşına çatdıqda, ailə başçısını itirməyə görə pensiya almaq hüququna malikdir.

- Göstərilən pensiya yaşı həddinə çatmış şəxslər sosial müavinət qanunvericiliyinə görə əmək qabiliyyəti olmayan şəxslər hesab edilir. Bu şəxslər pensiya almaq hüququna malik olmadıqda müavinət almaq hüququ qazana bilir.

- İnzibati xəta törədilərkən şəxs barəsində inzibati tənbeh tədbirləri tətbiq edilməlidir. Bu tənbeh tədbirləri sırasında şəxsin azadlığını məhdudlaşdıran inzibati həbs tədbiri də mövcuddur. Həmin tənbeh növü 3 gündən 3 ayadək müəyyən edilə bilər. 65 yaşına çatmış kişilərə və 60 yaşına çatmış qadınlara isə bu tənbeh növü tətbiq edilmir.

- Cinayət qanunvericiliyinə görə 65 yaşına çatmış kişilərə törədilmiş cinayətdən irəli gələrək hökm çıxarılanadək bu yaşı tamam olduqda belə ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilmir.

- Sürücülər üçün tələblərə görə 60 yaşına çatmış şəxslərin sürücülük vəsiqəsinin müddəti bitdikdə yeni vəsiqə 70 yaşınadək, 70 yaşında isə 2 illik müddətə verilir.

- Son yaş həddi Konstitusiya məhkəməsi hakimləri üçün 70, Ali Məhkəmə hakimləri üçün 68, digər məhkəmə hakimləri üçün isə 66 yaş müəyyən edilib. Daxili işlər orqanlarında xidmətkeçmə barədə qanunvericiliyə əsasən, polis general polkovniki üçün son yaş həddi 65 yaş sayılır. Ədliyyə orqanlarında bu 60 yaş sayılır, lakin 5 ilədək uzadıla bilər.

- Deliktlə (xəta, hüquq pozğunluğu) bağlı mülki qanunvericiliyə görə ailə başçısının ölümü nəticəsində zərərçəkmiş 60 yaşına çatmış qadınlar və 65 yaşına çatmış ailə üzvü olan kişilərə ömürlük dolanacaq xərcləri ödənilir.

- Dövlət ipotekası şərtlərinə əsasən İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən verilən ipoteka krediti 25, güzəştli isə 30 il müddət təşkil etdiyi üçün bu müddət üzrə başlıca tələb kreditin son müddətində kredit götürən şəxsin pensiya yaşına çatması ilə eynilik təşkil edir. Buna uyğun olaraq, kredit götürən şəxslərin həyat sığortası müqaviləsi də 65 yaşdan yuxarı şəxslərlə bağlanmır.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması