2 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmək qabiliyyətini uzun müddət itirən işçiyə hansı təminatlar verilir?

Əmək qabiliyyətinin itirilməsi zamanı əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı təcrübədə müəyyən suallar yaranır. Uzun müddət işə gələ bilməyən iş­çi­nin əmək mü­qa­vi­lə­si­nə xi­tam ver­mək olar­mı? Olar­sa, pro­ses ne­cə tənzimlənir? “vergiler.az”ın suallarına əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov aydınlıq gətirir.

Əmək Mə­cəl­lə­si­nin 74-cü mad­də­sin­də tə­rəf­lə­rin ira­də­sin­dən ası­lı ol­ma­yan hal­lar­da əmək mü­qa­vi­lə­si­nə xi­tam ve­ril­mə­si­nin hal­la­rı mü­əy­yən edil­miş­dir. Be­lə hal­lar­dan bi­ri də “c” bən­didir: qa­nun­ve­ri­ci­lik­lə da­ha uzun müd­dət mü­əy­yən edil­mə­yib­sə, əmək qa­bi­liy­yə­ti­nin fa­si­lə­siz ola­raq al­tı ay­dan çox müd­də­tə tam itirilmə­si ilə əla­qə­dar iş­çi əmək funk­si­ya­sı­nı ye­ri­nə ye­ti­rə bil­mə­dik­də.

Diq­qət edir­si­niz­sə, mad­də­də iki mü­hüm mə­sə­lə­nin göz­lə­nil­mə­si şərt­i var:

- əmək qa­bi­liy­yə­ti­nin al­tı ay­dan çox müd­də­tə və tam iti­ril­mə­si;

- əmək qa­bi­liy­yə­ti­nin iti­ril­mə­si müd­də­tinin fa­si­lə­siz da­vam et­məsi.

Əmək qa­bi­liy­yə­ti­nin tam iti­ril­mə­si mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı­nın mü­əy­yən et­di­yi or­qa­nın (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəz­din­də Tib­bi So­si­al Eks­pert Ko­mis­si­ya­sı – TSEK) rə­yi ilə mü­əy­yən edi­lir. Əmək qa­bi­liy­yə­ti­nin tam itiril­mə­si de­dik­də, ic­ra ha­ki­miy­yə­ti or­qa­nı­nın mü­əy­yən et­di­yi or­qa­nın (qu­ru­mun) qə­ra­rı ilə iş­çi­yə əlil­lik də­rə­cə­si və ya 18 ya­şı­na­dək sağ­lam­lıq im­kan­la­rı­nın məhdud­lu­ğu mü­əy­yən edil­mək­lə ən azı bir il müd­də­ti­nə əmək qa­bi­liy­yət­siz he­sab edil­mə­si ba­şa dü­şül­mə­li­dir. Əmək qa­bi­liy­yə­ti­nin 6 ay­dan az müd­də­tə mü­vəq­qə­ti iti­ril­mə­si əmək mü­qa­vi­lə­si­nə xi­tam ve­ril­mə­si üçün əsas ola bil­məz. Əmək qabiliyyə­ti­ni bir il­dən çox ol­ma­yan müd­də­tə qis­mən itir­miş iş­çi­lər üçün isə müvafiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı­nın mü­əy­yən et­di­yi or­qa­nın (TSEK) rə­yi nə­zə­rə alı­nır.

Aşağıdakı hallara nəzər salaq:

  • Əmək qa­bi­liy­yə­ti mü­vəq­qə­ti iti­ril­di­yi za­man

Əmək qa­bi­liy­yə­ti­nin mü­vəq­qə­ti iti­ril­mə­si de­dik­də, əmək qa­bi­liy­yə­ti­nin 6 ay­dan az müd­də­tə iti­ril­mə­si ba­şa dü­şü­lür. Əmək qa­bi­liy­yə­ti­ni mü­vəq­qə­ti itir­miş iş­çi­lə­rin iş ye­ri və və­zi­fə­si sax­la­nıl­maq­la on­la­ra ilk 14 gün üçün mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti orqa­nı tə­rə­fin­dən mü­əy­yən olun­muş qay­da­da və miq­dar­da işə­gö­tü­rə­nin və­sai­ti, qalan gün­lər üçün isə məc­bu­ri döv­lət so­si­al sı­ğor­ta haq­la­rı he­sa­bı­na müa­vi­nət ödəni­lir. Əmək qa­bi­liy­yə­ti­nin mü­vəq­qə­ti iti­ril­mə­si­nə gö­rə müa­vi­nət və ha­mi­lə­li­yə və do­ğu­ma gö­rə müa­vi­nət al­maq hü­qu­qu ən azı 6 ay so­si­al sı­ğor­ta sta­jı olan şəxslərə şa­mil edi­lir.

Qeyd edək ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik müəyyən edilənədək, lakin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə uyğun olaraq bir ildən çox olmayan dövr üçün verilir.

  • Əmək qa­bi­liy­yə­tinin tam iti­rilməsi

Əmək qa­bi­liy­yə­ti­nin tam iti­ril­mə­si de­dik­də, orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müd­də­ti­nə əmək qa­bi­liy­yət­siz he­sab edil­mə­si ba­şa dü­şü­lür. Əmək qa­bi­liy­yə­ti­nin tam şə­kil­də itirilmə­si ilə əmək mü­qa­vi­lə­si­nə xi­tam ve­ri­lən za­man işə­gö­tü­rən iş­çi­yə or­ta ay­lıq əməkhaq­qı­nın azı 2 mis­li miq­da­rın­da müa­vi­nət ödə­mə­li­dir.

İn­di isə əmək qa­bi­liy­yə­ti­nin iti­ril­mə­si za­ma­nı əmək mü­qa­vi­lə­si­nə xi­tam ve­ri­lib-veril­mə­mə­si mə­sə­lə­sini nə­zərdən keçirək.

  • Əmək qa­bi­liy­yə­ti­nin 6 ay­dan az müd­də­tə iti­ril­mə­si

Əmək qa­bi­liy­yə­ti 6 ay­dan az müd­də­tə iti­ri­ldiyi hal­da Əsasnamə­yə uy­ğun şə­kil­də müa­vi­nət he­sab­lan­ma­lı və ödə­nil­mə­li­dir. Yə­ni iş­çi, əmək qa­bi­liy­yə­ti­nin ol­ma­ma­sı və­rə­qə­si­ni iş ye­ri­nin mü­ha­si­batı­na təq­dim edir, mü­ha­si­bat işə­gö­tü­rən tə­rə­fin­dən ödə­nil­mə­li məb­lə­ği ödə­yir. Qa­lan gün­lər üçünsə işçi özü DSMF-yə elekt­ron mü­ra­ci­ət et­mə­li­dir.

  • Əmək qa­bi­liy­yə­ti­nin 1 il­dən çox ol­ma­yan müd­də­tə iti­ril­mə­si

Əmək qa­bi­liy­yə­ti­ni bir il­dən çox ol­ma­yan müd­də­tə qis­mən itir­miş iş­çi­lər üçün də mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı­nın mü­əy­yən et­di­yi or­qa­nın (TSEK) rə­yi nə­zə­rə alı­nır. TSEK iş­çi­nin əmək qa­bi­liy­yə­ti­nin tam iti­ril­mə­si ba­rə­də qə­rar ve­rə və ya əmək qa­bi­liy­yə­ti­nin mü­vəq­qə­ti iti­ril­mə­si pro­se­si­nin da­vam et­mə­si sə­bə­bin­dən müd­də­ti 1 il­dən çox ol­ma­yan müd­də­tə ar­tı­ra və ya iş­çi­nin işə çıx­ma­sı­na mü­əy­yən şərt­lər­lə ica­zə ve­rə bi­lər. Hər bir hal­da TSEK-in rə­yi nə­zə­rə alı­nır və bu­na uy­ğun təd­bir gö­rü­lür.

  • İşçinin ən azı bir il müd­də­ti­nə əmək qa­bi­liy­yət­siz ol­ma­sı

TSEK iş­çi­nin əlil­lik də­rə­cə­si və ya 18 ya­şı­na­dək sağ­lam­lıq im­kan­la­rı­nın məhdudlu­ğu mü­əy­yən edil­mək­lə ən azı bir il müd­də­ti­nə əmək qa­bi­liy­yət­siz he­sab edil­mə­si haq­qın­da qə­rar qə­bul edər­sə, bu, əmək qa­bi­liy­yə­ti­nin tam iti­ril­mə­si ki­mi ba­şa dü­şü­lür və işə­gö­tü­rən mü­va­fiq rəy­dən son­ra iş­çi­nin əmək mü­qa­vi­lə­si­nə Əmək Mə­cəl­lə­si­nin 74-cü mad­də­si­nin “c” bən­di ilə xi­tam ve­rir, mü­va­fiq ödə­niş­lə­ri ödə­yir.

TSEK ko­mis­si­ya­sı­nın qə­ra­rı üçün TSEK-ə sor­ğu gön­də­ril­mə­li və sor­ğu­nun ca­va­bı əsa­sın­da mü­va­fiq qə­rar­lar ve­ril­mə­li­dir.

Qeyd edək ki, uzun müddət xəstə olanlar əmək qabiliyyəti itirildiyi gündən başlayıb, xəstəlik müddəti son 12 ay ərzində, yaxud eyni xəstəlik üzrə ardıcıl 6 aydan çox olduqda yoxlanmaq üçün tibbi sosial ekspert komissiyasına göndərilir.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ