30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qaz qurğuları, qazdan istifadəyə dair tələblər və istismar zamanı təhlükəsizlik qaydaları təsdiqlənib

Qaz qurğuları, qazdan istifadəyə dair tələblər və istismar zamanı təhlükəsizlik qaydaları təsdiqlənib

Nazirlər Kabinetinin 36, 37 və 38 №-li Qərarı ilə “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair” və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair” tələblər və “Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası” qaydası təsdiq edilib.

Təsdiq edilmiş qərarlarda:

- qaz qurğularının tikinti-quraşdırma işlərinin tikinti obyektlərinin qaz təchizatına dair layihə sənədinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin və qaz təsərrüfatında təhlükəsizlik qaydalarının tələblərinə uyğun həyata keçirilməsi,

-istehlakçılar tərəfindən qaz qurğularının onların texniki pasportlarında göstərilmiş qaydada təhlükəsiz istismar edilməsi və işçi vəziyyətdə saxlanılması,

-istehlakçıya satılan qazın keyfiyyət göstəricilərinin qüvvədə olan dövlət standartlarının tələblərinə uyğunlaşdırılması,

-qaz qurğularının qazın atmosferə buraxılmamasına dair tələblərin müəyyən edilməsi və bu sahədə mütəmadi nəzarətin həyata keçirilməsi,

-tikinti obyektlərinin tüstü bacalarının layihələndirilməsinin və tikintisinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin yanğın təhlükəsizliyinə dair qanunvericiliyin və qüvvədə olan qaz təchizatı üzrə layihələndirmə normalarının tələblərinə uyğun həyata keçirilməsi,

-istehlakçılar tərəfindən tüstü bacalarının təhlükəsiz qaydada istismar edilməsi və işçi vəziyyətdə saxlanılması təmin ediləcək.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?