6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşçinin maddi məsuliyyəti

İşçi mülkiyyət formasından asılı olmayaraq hər hansı bir müəssisədə işəgötürənlə əmək münasibətinə daxil olarkən müəyyən əmək funksiyalarının icrasını öhdəliyinə götürməklə yanaşı, işəgötürənə və onun əmlak və avadanlıqlarına vurulan ziyana görə maddi məsuliyyət daşıyır. “vergiler.az” mövzu ilə bağlı əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilovun şərhini təqdim edir.

Maddi məsuliyyət – işçinin təqsiri və hüquqazidd hərəkətləri nəticəsində işəgötürənə vurulmuş ziyana görə əvəzin qanunvericiliyə uyğun şəkildə ödənilmə vəzifəsidir. Maddi məsuliyyət zamanı vurulmuş zərərə görə işçinin hərəkət və hərəkətsizliyindən qaynaqlanan təqsiri sübut edilməlidir.

Əmək Məcəlləsinin 10-cu maddəsində işçilərin əmək müqaviləsi üzrə əsas vəzifələri göstərilib. Həmin vəzifələrdən biri də işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır. Məcəllənin 11-ci maddəsində təsbit edilmiş işəgötürənin əsas hüquqlarına görə də işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək kimi hüquq müəyyən edilib.

İşçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallardan biri kimi Əmək Məcəlləsinin 72-ci maddəsində öz əksini tapıb. Maddi məsuliyyətdən danışarkən əsasən bu hərəkət və hərəkətsizliyin işçinin təqsiri və hüquqazidd əməli üzündən baş verməsi halının olmasına diqqət etmək lazımdır. Əgər normal iş prosesində işçinin təqsiri olmadan və hüquqazidd bir əməli olmadan müəssisənin əmlakına zərər dəymişdirsə, bu halda işçinin maddi məsuliyyətindən söhbət gedə bilməz. Deməli, maddi məsuliyyət halının baş verməsi üçün ziyan işçinin təqsirli və hüquqazidd əməli nəticəsində baş verməli və işəgötürənə maddi ziyan dəyməlidir.

Əmək Məcəlləsinin 175-ci maddəsində əməkhaqqından tutulmalara yol verilən hallar müəyyən edilib. Həmin maddəyə görə, əməkhaqqından tutulmalara yalnız işçinin yazılı razılığı, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə yol verilməsi təsbit edilsə də, işəgötürənin sərəncamı ilə işçinin əməkhaqqından tutulmaya yol verilən bir neçə hal müəyyən edilib ki, həmin hallardan biri də Məcəllənin 175-ci maddəsinin “c” bəndində göstərilmiş “işəgötürənə işçinin (tam maddi məsuliyvət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əməkhaqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği”dir.

Eynı zamanda, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:

- töhmət vermək;

- sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;

- kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;

- əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.

İşəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq Əmək Məcəlləsinin 10-cu maddəsinə göstərilmiş işçinin əsas vəzifələrində biri olduğu üçün ziyan vurulduğu halda da işəgötürən yuxarıda göstərilmiş intizam tənbehlərindən birini də tətbiq edə bilər. Deməli, işçinin təqsirli hərəkətləri nəticəsində işəgötürənə vurulmuş maddi ziyana görə işəgötürən bir neçə qərar qəbul edə bilər:

- işəgötürənə vurulmuş ziyanın əvəzinin tam və ya qismən ödənilməsi;

- işəgötürənin əmlakına ehtiyatlı və qayğı ilə yanaşılması üçün işçiyə tərbiyəvi-intizamlandırıcı təsir göstərilməsi üçün onunla fərdi söhbət edilməsi;

- Əmək Məcəlləsinin 186-cı maddəsində göstərilmiş intizam tənbehlərindən birinin tətbiq edilməsi;

- əmək müaqaviləsinə 70-ci maddənin “ç” bəndi ilə xitam verilməsi;

- hüquq-mühafizə orqanlarına müraciət edərək işçinin inzibati, cinayət və digər məsuliyyətə cəlb edilməsi.

Qeyd edilən hallarda hansı tədbirin tətbiq edilməsi baş vermiş işin hallarına görə qanunvericiliyin tələbləri nəzərə alınmaqla işəgötürən tərəfindən qərarlaşdırılır. Onu da qeyd edək ki, təqsirli hərəkətləri nəticəsində ziyan vurmuş işçinin əmək müqaviləsinə xitam verilməsi və ya onun inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi onu məsuliyyətdən azad etmir. İşçi vurulmuş ziyanın əvəzini qanunda müəyyən edilmiş qaydada ödəməyə borcludur.

İşçinin maddi məsuliyyətinin həddi Əmək Məcəlləsində göstərib və aşağıdakı iki formada təsbit edilib:

1. İşçinin orta aylıq əməkhaqqı məbləğinədək;

2. Tam maddi məsuliyyət (vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi)

Fərqanə ALLAHVERDİQIZI

Ardı var...

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?