28 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sığorta vəsaitindən istifadə qaydası müəyyənləşib

Nazirlər Kabinetinin yeni Qərarı ilə təsdiq edilmiş Qaydada dövlət icbari şəxsi sığorta üzrə formalaşan sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə qaydası müəyyən edilir.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2021-ci il 18 may tarixli Fərmanı ilə dövlət icbari şəxsi sığorta sahəsində idarəetmə 2022-ci ilin əvvəlindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Fərmanla sığortaolunanlar və sığortalıların uçotunun aparılması, sığorta haqlarının ödənilməsinə nəzarət, sığorta ödənişlərinin verilməsi, sığorta ehtiyatlarının yaradılması, artırılması və sair işlərin görülməsi nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, yeni Qaydaya əsasən, həmin sığorta vəsaiti müvafiq qanunvercilikdə nəzərdə tutulan şəxslərlə (hərbi qulluqçular, məhkəmə və hüquq mühafizə orqanları işçiləri, diplomatik xidmət əməkdaşları və s.) bağlı ödənilən dövlət icbari şəxsi sığorta haqları və kreditlər, habelə sığorta ehtiyatının banklarda depozitə yerləşdirilməsindən əldə edilən gəlirlər, qanunla qadağan edilməyən digər mənbələr hesabına formalaşır.
Qaydada sığorta haqları üzrə illik daxilolmaların proqnozunun 5 faizədək hissəsinin sığorta ehtiyatına yönəldilməsi nəzərdə tutulur. Hər ilin sonunda sığorta vəsaitinin istifadə olunmamış qalığı, sığorta ehtiyatı və onun depozitə yerləşdirilməsindən əldə edilmiş gəlir növbəti il üçün xərclərin maliyyələşdirilməsinə yönəldilir.
Sığorta vəsaitindən dövlət icbari şəxsi sığorta ödənişlərinin verilməsi, sığorta ehtiyatının yaradılması, şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial müdafiəsi və sosial təminatı ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi, idarəetmə xərclərinin ödənilməsi və qanunla müəyyən edilən digər istiqamətlər üzrə istifadə olunması nəzərdə tutulur.
Qaydada sığorta ehtiyatından istifadə istiqamətləri də göstərilib. Həmin istiqamətlərə sığorta ödənişləri üzrə illik gözlənilən xərclər sığorta haqları üzrə illik gözlənilən daxilolmadan artıq olduqda, arada yaranan kəsirin maliyyələşdirilməsi, sığorta ehtiyatının həcmi sığorta haqlarının illik proqnoz həcminə bərabər olduqda, sığorta ehtiyatının həcminin artırılması dayandırılmaqla onun depozitə yerləşdirilməsindən əldə edilən gəlir hesabına müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi daxildir.
Sığorta ehtiyatının banklarda (bir banka qoyulan depozitin məbləği həmin bankın kapitalının 20 faizindən çox olmamaq şərti ilə) depozitə yerləşdirilməsi də qaydada əksini tapır.

VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir?